Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Xaricdəki soydaşlarımızdan Ziya Məmmədovun qardaşına sərt cavab

Xaricdəki soydaşlarımızdan Ziya Məmmədovun qardaşına sərt cavab

Tarix : 10-08-2017, 12:18 | Kateqoriya: Siyasət / Manşet
(голосов:0)
 
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədov öz ölkəsini tərk edənləri “şərəfsiz” adlandırıb. Sabiq nazirin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərə modern.az-da aydınlıq gətirən E.Məmmədov xaricə üz tutanların qəzəbinə tuş gələcək xoşagəlməz fikirlər səsləndirib.
“Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”-deyə, o bildirib.
Sabiq deputatın dedikləri ilə bağlı xaricə gedənlərin bəzilərinin fikirlərini aldıq.

Vaxtı ilə oğlunun avtoxuliqanlığını çəkdiyinə görə Elton Məmmədovun oğlu Aynar Məmmədovun sifarişi ilə döyüldüyü iddia olunan, hazırda Almaniyada mühacir həyatı yaşayan jurnalist Fərahim İlqaroğlu onun təhqirlərinə sərt reaksiya verdi: “Şərəfsizlik ölkəni tərk etmək yox, Elton Məmmədov və keçmiş nəqliyyat naziri olan qardaşı Ziya Məmmədov kimi dövlət büdcəsini xortumlamaqdır. Şərəfsizlik 20-30 min manata başa gələn intellektual idarəetmə sistemini milyon dollarları silməklə bir yola çıxarmamaqdır, 1 km yolun çəkilişinə milyonlar xərcləməkdir. Şərəfsizlik oğlunun avtoxuliqanlığını çəkib yazan jurnalisti evinin qarşısında ölümünə döydürməkdir. Hörmətli Elton Məmmədov üçün bu siyahını nə qədər istəsə uzada bilərəm. Yekunda onu deyim ki, elə öz eks-nazir qardaşının oğlu Anar Məmmədov atasının işdən çıxarılmasından sonra ölkəni tərk edərək İngiltərəyə qaçıb. Yəqin hörmətli Elton Məmmədov bu açıqlamanı verməklə ”şərəfsizlər" kateqoriyasına öz qardaşı oğlunu da salır".
 
İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli ölkədən kənarda milyonlarla soydaşımızın yaşadığını qeyd etdi: “Elton Məmmədov vətəni şərəfsizlərin tərk etdiyini deyir. Azərbaycandan kənarda ən azı 3 milyon soydaşımız yaşayır. Bu qədər insana şərəfsiz demək üçün onun qədər mərifət və ədəb sahibi olmaq lazımdır. Ziya Məmmədovun ayı kababı yeyən oğlu da xaricdə yaşayır. Məntiqlə qardaşı oğlunu da şərəfsiz sayır. Belə köntöy fikirlər səsləndirmək Elton Məmmədovun miskinliyindən xəbər verir. Təəssüf ki, onun ağılda olanlar hazırda Azərbaycanda söz sahibidir. Məncə, Azərbaycanın var-dövlətini oğurlayanlar, xalqımızı dilənçi günündə yaşamağa məcbur edənlər şərəfsizdir, millət və vətən xainidir. Bu sırada başda duranlardan biri də Ziya Məmmədovdur. Elton Məmmədov da ağlına və bacarığına görə yox, məhz oğurluq pullar hesabına Azərbaycanda söz sahibi olub. İndi isə bütün sülaləsi hakimiyyətin qəzəbinə tuş gəlib”.
Almaniyadakı azərbaycanlı mühacir Sevinc İsgəndərova bunları dedi: “O hansı şərəfdən danışır. Əgər bir ölkədə yaşamaq mümkün deyilsə, bu ölkəni tərk edənlərə kim irad tuta bilər? Ölkədə hər şey göz qabağındadır”.

İsveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təmsilçilərindən olan Kənan Hacıəkbəroğlu E.Məmmədovun təhqirlərinə belə cavab verdi: “Elton müəllim ölkəsindən xaricə köçən, ölkəsini tərk edənləri təhqir etmiş sayılır. Amma ölkəni tərk etməyin yollarını müqayisə edək, 4-5 cür ölkəni tərk etməyin yolları var. Bu sözləri ilə Elton müəllim həm Ermənistandan qaçanları, həm də Dağlıq Qarabağdan çıxanları təhqir etmiş olur. Eyni zamanda, həm Avropanın müxtəlif ölkələrində yaşayanları, həm də ölkə xaricində olan imkanlı biznesmenləri də təhqir etmiş olur. Mübariz Mənsimov, Araz Ağalarov və başqalarının adlarını çəkə bilərik. Elton müəllimin yaşı çoxdur, artıq pensiya yaşından da keçib. Nəzərə almalıdır ki, Azərbaycan xalqını ümumən təhqir edib. Bu məsələni gündəmdə saxlayıb, Astan Şahverdiyev kimi üzr istətmək lazımdır. Bunlar harınlamış məmurlardır. Onları faktla üzbəüz qoymaq lazımdır. Xalq da öz vicdan borcunu yerinə yetirib, sosial şəbəkələr və digər yerlərdə fəallıq göstərib, belə insanları yerində oturmalıdır”.
 

 Musavat.com

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: