Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycan diaspor rəhbəri Xocalı ilə bağlı ermənilərə haqq qazandırdı-ŞOK VİDEO

Azərbaycan diaspor rəhbəri Xocalı ilə bağlı ermənilərə haqq qazandırdı-ŞOK VİDEO

Tarix : 1-03-2017, 11:05 | Kateqoriya: Siyasət / Dünya / Manşet / video
(голосов:0)
Azərbaycan diaspor rəhbəri Xocalı ilə bağlı ermənilərə haqq qazandırdı-ŞOK VİDEO

Azərbaycan və dünyada yaşayan soydaşlarımız Xocalı soyqırımın 25-ci ildönümünü qeyd edən günlərdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin müavini Qüdrət Hacıyev və onun Gənclər təşkilatının sədri Fərhad Fərhadovun erməniləri müdafiə edən videosu yayılıb.



Modernqezeti.com-un məlumatına görə, İstiqlal.az-a daxil olan videodan da göründüyü kimi, həm Q.Hacıyev, həm də F.Fərhadov baş verən soyqırımı hadisələrində erməni xalqının heç bir günahının olmadığını bəyan edirlər.
Video materiala əlavə şərh vermədən Ukraynadakı Azərbaycan diasporunun "erməni sevgisi” ilə bağlı bir-iki məqama aydınlıq gətirmək istəyirik.

Bildiyiniz kimi, bir az əvvəl Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin də erməni diaspor rəhbəri Aşot Avanesyanla dostluğu barədə mətbuatda sensasion məlumat və fotoların yayılmasından sonra müəmmalı proseslər başladı. R.Tağıyev media vasitəsi ilə Azərbaycan ictimaiyyətini aldadaraq dostluq etdiyi A.Avanesyanın guya, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirdi. Lakin çox keçmədi ki, A.Avanesyan açıqlama verərək, R.Tağıyevlə dostluğunu etiraf etsə də, "Qarabağın Azərbaycan ərazisi kimi tanıması” fikrini qətiyyətlə təkzib etdi.

Azərbaycan mediasının apardığı araşdırmalardan bəlli oldu ki, erməni diasporunun əsas simalarından olan A.Avanesyan Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxsdir. Üstəlik, erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir.

Bu hadisədən bir az sonra isə R.Tağıyevin digər silahdaşı, hazırda Azərbaycanın Ukraynadakı səfirliyində media məsələlərindən məsul olan Xəyyam Həqiqətoğlu bu ölkədəki erməni gənclər hərəkatının liderləri, azərbaycanlılara qarşı radikal çıxışları ilə seçilən Vilyam Asulyan, Artyom Baqdasaryan və Yuliya Ankosi ilə olduqca mehriban, hətta işgüzar fotoları yayıldı.

Yaxşı, bəs, belə olan halda Azərbaycan diasporuna rəhbərlik edən Tağıyevlər, Hacıyevlər, Fərhadovlar, Həqiqətoğlular hansı haqla Ukraynadakı azərbaycanlıların adından danışırlar?

Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması uğrunda ədalətsiz və bütün beynəlxalq normalara tüpürməklə təbliğat aparan qatı millətçi ermənilərlə Azərbaycan diasporunun rəhbərlərinin sıcaq münasibətlərinə Ukraynadakı səfirimiz Azər Xudiyevin biganəliyinin sirri-müəmması nədir?



Saytımıza daxil olan məlumata görə, biganəlikdən əlavə, səfir Xudiyev Ukraynaya təyinat aldıqdan sonra bu ölkədə və onun əyalətlərində yalnız A.Avanesyanın dostu R.Tağıyevin 10-15 adamın iştirakı ilə təşkil etdiyi tədbirlərə qatılır. Digər diaspor təşkilatlarının tədbirlərini isə boykot edir.

Konkret olaraq 20 yanvar hadisəsi ilə əlaqədar Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş İcmasının Dnepr şəhərində təşkil etdiyi və yüzlərlə soydaşımızın qatıldığı tədbirdə iştirakdan imtinası göstərilir. Hansı ki, videosunu təqdim etdiyimiz Qüdrət Hacıyev elə həmin Dnepr şəhərində keçirdiyi tədbirə 10-dan artıq adam toplaya bilmir.


Və yaxud da səfir Azər Xudiyev Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun təşəbbüsü ilə jurnalist Elşad Eyvazlının Xocalıdan olan uşaqlara həsr etdiyi "Böyüməyən uşaqlar” kitabının Ukrayn dilinə tərcümə olunmuş variantının təqdimatında iştirak etmir.

Bundan başqa, səfir Xudiyev yenə də Ukraynada yaşayan minlərlə azərbaycanlıya hörmətsizlik edərək Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Xocalı ilə bağlı 500-600 adamın qatıldığı "Cəhənnəmi görmüş pilot” filminin təqdimatına təşrif buyurmur. Hansı ki, bu film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilib və Moskvada keçirilən ilk təqdimatında xanım Əliyeva şəxsən iştirak edib, filimin qəhrəmanı Leonid Kravetslə görüşüb.

Azər Xudiyev bir az da irəli gedərək səfirliyin əməkdaşlarını işdən çıxarmaqla hədələyib, onun istəmədiyi heç bir diasporun tədbirində iştiraklarına qadağa qoyub. Bu azmış kimi "stingerləri” vasitəsilə Ukraynada yaşayan tanınmış azərbaycanlılara özünün iştirak etmədiyi tədbirlərə onların da getməməsi mesajını göndərib.

Səfir Azər Xudiyevin özfəaliyyəti bununla bitmir. Bir gün sonra, fevralın 26-da Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş İcmasının Dnepr şəhərində mindən çox adamın iştirakı ilə Xocalı soyqırımı ilə bağlı təşkil olunan tədbirdən də imtina edir.

Beləliklə, yalnız "erməni sevdalıları, dostları” olan Tağıyevlər, Hacıyevlər, Fərhadovlar, Həqiqətoğlularına dəstək verən səfirdən elə dünən 6 şəhid dəfn edən bu məmləkət nə gözləsin? Bir statusda oxuduğumuz kimi... Nə verəcəksiniz oğul yerinə, nə deyəcəksiniz əli bayraqlı, boynu bükük 6 şəhidin atasına? Sən çox şərəfli atasanmı? Sonra? Sonra hamınızın yadından çıxacaq! Unudacaqsınız! Kirli paltarından, qabarlı əllərindən iyrənəcəksiziniz, rusca danışan dillərinizlə o kəndçini anlamayacaqsınız.




Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: