Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Macarıstan "Dublin"ə YOX dedi

Macarıstan "Dublin"ə YOX dedi

Tarix : 1-03-2017, 10:58 | Kateqoriya: Siyasət / Dünya / Manşet
(голосов:0)
Macarıstan "Dublin"ə YOX dedi


Macarıstan "Dublin protokolu" ilə bağlı Almaniya və İsveçdən göndərilən qaçqınları qəbul etməyəcək. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə macar nazir Janos Lazar məlumat verib. Onun sözlərinə görə, son günlər Almaniya və İsveç onlara sığınmaq üçün müracitə edən qaçqınlara "Dublin protokolu"nu əsas gətirərək rədd cavabı verir: "Artıq Almaniya qaçqınları Macarıstana göndərməyə hazırlaşır. Bizim isə bir dövlət olaraq qaçqınları saxlamağa imkanımız yoxdur. Ona görə, qaçqın axınının qarşısını almaq üçün polis və digər hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib".
Macar nazirin sözlərinə görə, İsveç və Almaniya olmaqla bəzi Qərbi Avropa ölkələri Macarıstan vizası ilə sığınacaq tələb edən 30 mindən çox qaçqını göndərmək üçün lazımı bütün prosedurları yekunlaşdırıb: "Biz isə, həmin qaçqınları qəbul etməyəcəyik. Artıq Serbiya ilə sərhhədə tikanlı məftillər çəkilib. Eyni zamandan bölgədə 10 min polis xidmət aparır".
Janos Lazar vurğulayıb ki, hazırda Macarıstanda 580 qaçqın var: "Yaxın günlərdə onlar xüsusi konteynerlərə yerləşdiriləcək daha sonra sənədləri hazırlanıb ölkələrinə deport ediləcəklər".





Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: