Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Aleksandr İskandaryan : "Son iki ildə Azərbaycandan qonaqlarımız olmayıb, çünki..."-FOTOLAR

Aleksandr İskandaryan : "Son iki ildə Azərbaycandan qonaqlarımız olmayıb, çünki..."-FOTOLAR

Tarix : 25-01-2017, 13:41 | Kateqoriya: Siyasət / Manşet
(голосов:0)
Aleksandr İskandaryan : "Son iki ildə Azərbaycandan qonaqlarımız olmayıb, çünki..."-FOTOLAR

İsveçdə Stokholm (ABF Hüset) şəhər konfrans zalında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş seminar keçirilib. Modernqezeti.com-un Avropa Bürosunun məlumatına görə, İsveçdə fəaliyyət göstərən "OSSE-NÄTVERKET I SVERIGE" ( ATƏT-in qəbul etdiyi qərar və öhdəliklərin həyata keçirilməsini dəstəkləmək üçün) yerli QHT tərəfindən təşkil olunan seminarın aparıcıları: isveçli jurnalist və yazıçı Torgny Hinnemo və sabiq diplomat, Lund Universitetinin Yaxın Şərq Araşdırmalar Mərkəzinin tədqiqatçısı, münaqişə zamanında ATƏT-in Minsk qrupunun sabiq üzvü Matias Mossberg olublar.
Münaqişə tərəflərinin fikirlərinin öyrənilməsi üçün tədbirdə Azərbaycandan sülh və münaqişə məsələləri üzrə elmi işçi, İsveçin Uppsala Universitetinin məzunu Bəxtiyar Aslanov, Ermənistandan isə Qafqaz İnstitutu analitika Mərkəzinin rəhbəri Aleksandr İskandaryan də iştirak ediblər.
Münaqişənin tarixindən söz açan Torgny Hinnemo tədbir iştirakçılarına konfliktin mahiyyəti barədə qısa məlumat verib. Daha sonra çıxış edən Matias Mossberg münaqişənin başlanması, SSRİ-nin parçalanması, müharibənin aktiv fazası, münaqişə tərəflərinin "Xalqların öz müqəddəratını müəyyən etmə prinsipi" və "ərazi bütövlüyü prinsipinə" arxalanaraq, oz çıxışını iki müxtəlif yanaşma prizmasından quraraq münaqişə haqqında məlumat verib.
Sonra çıxış edən Bəxtiyar Aslanov sülhsevər nöqteyi-nəzərdən danışaraq: münaqişənin həlli yollarının axtarışı, atəşkəs zonasında yaşayan insanların çəkdiyi əziyyət, münaqişənin iki ölkəyə vurduğu ziyandan danışıb. Öz nitqində Bəxtiyar Aslanov keçirilən rəy sorğusuna əsaslanaraq, Azərbaycan əhalisinin bir nömrəli düşmən qismində erməni xalqının deyil, Rusiyanı gördüyünü bildirərək, bu ölkənin münaqişə tərəflərinin hər birinə silah satdığını və əlində olan təzyiq vasitələrindən həm Ermənistan, həm də Azərbaycana qarşı istifadə etdiyini bildirib. B.Aslanov habelə Rusiya Xarici İşlər naziri Serqey Lavrovun münaqişə ilə bağlı son iki çıxışını xatırlayaraq, onların biri-birinə zidd olduğunu qeyd edib, bu kimi halların isə münaqişənin həllinə neqativ təsir etdiyini nəzərə çatdırıb. Münaqişənin hər anda yenidən aktiv fazaya keçə biləcəyini bildirən B.Aslanov bunun baş verməməsi üçün Avropa ölkələrinin bu məsələyə daha çox diqqət ayırmalı olduqlarını nəzərə çatdırıb.
Daha sonra çıxış edən Aleksandr İskandaryan, özünü sülhsevər kimi qələmə vermək istəsə də, iki ölkənin tutduğu siyasi mövqelərin bir-birinə zidd olduğunu bildirib. Azərbaycan tərəfinin isə, Ramil Səfərov kimi insanları azadlığa buraxmasının, cəbhədə baş verən toqquşmalar kimi məsələlərin, erməni tərəfinin haqlı iradlarına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışını Azərbaycana qarşı ittihamlar və populist fikirlər üzərində quran Aleksandr İskandaryan, bu gün bir nəfər belə erməninin Azərbaycana səfər edə bilmədiyini özünün belə son dəfə 2000-ci ildə Bakıda olduğunu qeyd edərək, rəhbərlik etdiyi İnstitutun son zamanlara qədər hər il Azərbaycan nümayəndə heyyətlərini qəbul etdiyini vurğulayaraq deyib: “Yalnız son iki ildə Azərbaycandan qonaqlarımız olmayıb, çünki Ermənistana səfər edən azərbaycanlılar sonradan mühakimə olunaraq həbsə atılırlar”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırki mərhələdə həllinə inanmadığını bildirən İskandaryan, sülh danışıqlarının nəticələnməsi üçün hər iki ölkənin və cəmiyyətlərin problemə yanaşmasının dəyişməli olduğunu bildirib.
Çıxışlardan sonra seminar iştirakçılarına sual vermək üçün zalda əyləşən qonaqlara müraciət olunub. Onu da bildirmək lazımdır ki, tədbirdə qonaq qismində olanların sayı 100-150 nəfər təşkil edib ki, burada həm yerli İsveç ictimaiyyətinin nümayəndələri, həm də azərbaycan və erməni diasporalarının təmsilçiləri olub. Bir məqam daha diqqətə çatdırılmalıdır ki, zaldan verilən sualların böyük əksəriyyətinin Aleksandr İskandaryana qarşı olmasına baxmayaraq o suallara cavab verərkən məsələnin mahiyyəti üzrə danışmaqdan hər zaman bacardıqca yayınıb. Suallar isə daha çox Xocalı qətliamından bir milyondan çox soydaşımızın departasiya olunmasından və girovluqda olan azərbaycanlıların müqəddəratından bəhs edib. Sonda onu qeyd etməyi vacib bilirik ki, bu münaqişədə məhz Azərbaycanın haqlı olduğunu İsveç ictimaiyyətinə çatdıra bilmişik.

Rahim Telman
Modernqezeti.com-un İsveç müxbiri


















Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: