Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » İsveç XİN-də Güney Azərbaycanla bağlı görüş keçirilib [FOTOLAR]

İsveç XİN-də Güney Azərbaycanla bağlı görüş keçirilib [FOTOLAR]

Tarix : 5-12-2016, 19:33 | Kateqoriya: Siyasət / Dünya
(голосов:0)
İsveç XİN-də Güney Azərbaycanla bağlı görüş keçirilib [FOTOLAR]

İsveçdə Güney Azərbaycan Konqresi, Azərbaycan Demokratiya Ocağı və bəzi soydaşlarımız tərəfindən keçirilən 1946-cı ildə Güney Azərbaycanda millətimizə qarşı baş vermiş Milli mədəni soyqırımı anma həftəsi çərçivəsində İsveç Xarici İşlər Nazirliyində görüş keçirilib. Modernqezeti.com-un məlumatına görə, nazirliyin departament rəhbəri Carl Magnus Nilsson ilə baş tutan görüşdə Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir 70 il öncə Güney Azərbaycanda baş verənlər olaylara , Milli Hökumətin gördüyü işlər və millətimizə qarşı həyata keçirilmiş soyqırım haqda məlumat verdikdən sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məntəqə olayları, İranda siyasi durum və soydaşlarımızın problemləri, habelə İranın Gürcüstandakı soydaşlarımıza və bütünlükdə məntəqə ölkələrinə təsir mexanizmləri, məntəqədə demokratikləşmə prosesinə göstərdiyi əngəllər, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın durumu haqda isveçli diplomata ətraflı məlumat verib.
Sonra Ümid Partiyasının və Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı İranda yaşayan soydaşlarımızın son əsrdə yaşadığı assimilyasiya prosesi, 70 il öncə Güney Azərbaycanda baş verən milli mədəni soyqırım, özəlliklə 26 Azərdə bəşəriyyətdə analoqu az görünən Ana dilində kitabların yandırılması, eləcə də Güneydə yaşayan soydaşlarımızın hazırkı durumu haqda İsveç diplomatını məlumatlandırıb. Sonda isveçli diplomat bu görüşün önəmini vurğulayaraq qonaqlara öz təşəkkürünü bildirib, qaldırılan məsələlərə həssas yanaşdığını ifadə edərək həmin məsələlərlə razılaşdığını və bu zəmində əməkdaşlığın vacibliyini vurğulayıb.





Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: