Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Ərdoğanın Merkeldən PKK və FETÖ istəyi – Liderlər danışdılar

Ərdoğanın Merkeldən PKK və FETÖ istəyi – Liderlər danışdılar

Tarix : 1-12-2016, 17:50 | Kateqoriya: Siyasət / Dünya
(голосов:0)
Ərdoğanın Merkeldən PKK və FETÖ istəyi – Liderlər danışdılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel telefonda danışıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığında regional məsələlərə və ikitərəfli əlaqələrə toxunulub.

Kipr danışıqlarındakı gedişat haqqında fikir mübadiləsi aparan dövlət rəhbərləri, başda Hələbdəki insanı vəziyyət olmaq üzrə Suriyadakı son hadisələri də müzakirə ediblər.

Hər iki lider Suriyanın Hələb şəhəruinə humanitar yardımların çatdırılmasına yönəlmiş səylərin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Prezident Ərdoğan Kipr müzakirələrinə dair Türkiyənin əvvəldən bəri adada hər iki kəsimin hüquqlarını bərabər şəkildə qoruyan, ədalətli, uzunmüddətli və əhatəli bir həll tərəfdarı olduğunu ifadə edib.

Ərdoğan qaçqınlar məsələsində Avropa Birliyinin üzərinə düşən məsuliyyətləri yerinə yetirməsi lazım olduğuna işarə edib.

Ərdoğan-Merkel ranışığında terrorizmlə mübarizə məsələsi də müzakiər mövzusu olub. Bu çərçivədə Prezident Ərdoğan Türkiyə olaraq Almaniyadan başda PKK və FETÖ olmaqla terror təşkilatlarının fəaliyyətlərinin və maliyyə resurslarının əngəllənməsi məsələsində daha fəal mübarizə gözlədiklərini vurğulayıb.

Prezident Ərdoğan Almaniyanın G-20-yə sədrlik etməyə başlaması münasibətilə Merkeli təbrik edib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: