Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » "Elektrik Muxtar"ın döyüş yolu-FOTOLAR

"Elektrik Muxtar"ın döyüş yolu-FOTOLAR

Tarix : 20-02-2017, 02:30 | Kateqoriya: Reportaj
(голосов:0)
[img
=left]http://modernqezeti.com/uploads/posts/2017-02/1487557610_capture.jpg[/img]
Müsahibim Qarabağ qazisi Muxtar Əli oğlu Məmmədov-du.
Muxtar Əli oğlu Məmmə-dov 1955-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olub.Saybalı kənd orta məktəbini 1972-ci ildə bitirib.
Təhsilini 50 saylı TPM-də da-vam etdirərək elektrik peşəsi-nə yiyələnib.1973-75-ci illərdə Qazaxstanın Temirtau şəhərin-də hərbi xidmət keçib.
Hərbi xidmətdən qayıdan Muxtar Ağdam Yarımstansiyasında (Elektrik paylayıcı qovşağı) elektrik kimi işə başlayır. Ergi qəsəbəsi yaradılandan sonra buradakı evləri və fermaları işıqlandırmaq üçün quraşdırılmış Yarımstansiyada elektrik ustası vəzifəsində çalışır.
1988-ci il 22 fevral hadisəsi qəlbi vətən eşqi ilə döyünən Muxtara təsir edir.Bəxtiyarla Əlinin şəhid olması onu qəzəbləndirir. Ona görə də o, Ağdamda Eldar Bağırovun yaratdığı “Xalq Cəbhəsi” xalq hərəkatına qoşulur.
Get-gedə havadarlarına arxalanan ermənilər vəziyyəti daha da gərginləşdirdilər.
Ermənilərin qarşısını almaq üçün Ağdamda və ermənilərlə həmsərhəd olan kəndlərimizdə özünümüdafiə dəstələri yaradılmağa başlanıldı. Bağbanlar Sovetliyində də özünümüdafiə dəstəsi yaradılırdı. Muxtar vaxt itirmədən gəlib bu dəstəyə yazıldı. Dəstəyə rəhbərlik etməyi Məmməd müəllimə (Məmməd Zeynal) tapşırılır.
İlk sualım belə oldu:
-Muxtar,birinci Xalq Cəbhəsinə qoşulmusan.Sonra necə oldu Bağbanlardakı özünümüdafiə dəstəsinə gəldin?

-Bəli, birinci Xalq Cəbhəsinə qoşulmuşam. Allah Üzeyirlə Xuraman Abbasovaya rəhmət eləsin. Bir gün eşitdim ki, Bağbanlara gəlib özünümüdafiə dəstəsi yaratmaq istəyirlər. Getdik Bağbanlardakı Şərab zavoduna (qərərgah ordaydı). Dəstəyə yazılanlara Üzeyir hərbi paltar verdi. Biz həmin paltarı geyinib təlimə başladıq.
(Ağır yataq xəstəsi olduğundan çox çətinliklə və əlaqəsiz danışır.Yaddaşı zəiflədi-yindən hadisələri yaxşı xatırlaya bilmir. Xatırladığı məqamları yerli-yerində çatdır-mağa çətinlik çəkir.Lakin çətinliklə olsa da, davam edir).
…Bizə 5-6 avtomat verdilər. Biri köhnə qoşalülə tüfəng tapıb gətirdi, biri təklülə. Beləcə bizi verdilər Ş.Mirzəyevin komandanlığı altında olan polka. İlk döyüşümüz isə belə oldu.
Bir gün uşaqlar belə məsləhətə gəldilər ki, hücuma keçək. Bərk qar yağmışdı. Getdik. Bir dəstə Abdaldan o tərəfə “Qoşa çinar” var, ordan keçib Xramordun (Aranzəminlə Pirəcamalın) yolunu kəsməliydilər. Bizim kəndçi Rahib, mən ,Rafiq… Ağbulaq kəndinin üstündən gəlib, Dəhraz tərəfdən, kəndi almalıydıq.
Allah rəhmət eləsin,Abdaldan Xudu vardı.Bir də bir balaca uşaq vardı biznən gedənlərdən,adına “Qaşov Əli” deyirdilər.Avtomatın birin bu götürmüşdü.Məndəki “uçebni”(təlim) avtomatıydı. Nə qədər elədilər Əli avtomatı heç kimə vermədi.
Dedim:
-Ə Əli, nə qədər olmasa,səninlə mən bir deyiləm (xətrimi də istəyirdi). İndi yaraşarmı ki, mən burda qalam, sən döyüşə gedəsən?
-Hə,düz deyirsən,-deyib avtomatı mənə verdi.
Avtomatı aldım. Getdik düz Ağbulağın ortasına, dükanın yanına. Güdükdə durmuşuq.Ta səhər açılha-açıldı. Gördüm bir uşaq meşəyə tərəf gedir. Dedim:
-Xudu,meşəyə tərəf gedən uşağı bilmirəm, Rafiqgili ermənilər vuracaqlar.
Xudu soruşdu:
-Bəs neyləyək?
-Uşaqları qaytaraq, burda ikimiz qalaq. Səhər açılır. Bu uşaqlar burdan çıxa bil-məyəcəklər. Nə də mən bilmirəm hardayıq. Buralara nabələdəm. Allah kömək eləyə burdan çıxaq.
Uşaqları qaytardıq geri.
Gördük hava işıqlanır. Başladıq atəşə. Aləm qarışdı bir-birinə. Kim öldü, kim qaldı bilmirəm. Çığırtıdan, bağırtıdan qulaq tutulurdu.
Bir yer vardı,ora da Cekigil (Rafiqgil) getməliydilər.Ancaq işıqlandığından ora
Cekigil gedə bilməzdi. Nəysə, Xuduynan mən ikimiz atdıq. Bizə heç kim köməyə gələ bilmir. Minamyotla,pulamyotla ermənilər bizi atəşə tutublar. İndi top bizə kömək eləyə bilər, o, da yerimizi hardan bilsin? İstədik geri çəkilək. Amma erməni bizə geri çəkilməyə imkan vermir.
Allah Xəlil kişiyə rəhmət eləsin, onun topunun nişangahı da yox idi, topu lüləsindən nizamlayıb atırdı. Xəlil ermənilərə tərəf bir mərmi atdı. Bundan sonra ermənilərin diqqəti bizdən yayındı. Biz arxayın ordan çıxdıq.
Xəlilin bir BRDM-i vardı, onun da puşkası (mərmini atan lüləsi) yoxuydu. Oğlunu həmin maşınla göndərir ki, get, onları gətir. Ermənilər minamyotla uşaqları qıracaqlar. O,olmasa bizi qırmışdılar.
Xəlilin oğlu bizi gəlib ordan çıxaranda, mən yolda gördüm əllərim donur. Özümü maşından yerə atdım. Düşən kimi əllərimi qarla ovub qızışdırdım. Sonra minib ordan uzaqlaşdıq. Beləliklə birinci döyüşdən sağ-salamat qurtardıq.
Xudunun, mənim və Əmrahın salamat çıxmağının səbəbkarı Xəlil ilə oğlu oldu. Xəlilin oğlunun adı yadımdan çıxıb.

-Xocalı işğal olanda siz hardaydınız?


Xocalının işğalından söz düşəndə qəzəblənirəm. Fikir vermişəm, 26 fevral gələndə Xocalı haqqında eyni şeyləri (kadrları nəzərdə tutur) göstərirlər. Amma bizim getdiyimiz pəyə haqqında indiyə qədər bir məlumat yoxdu. O pəyədən (donuz fer-masından) nə qədər qadın, uşaq, qoca (100-ə yaxın olardı) çıxarmışıq. Oranı heç kim çəkməyib. İndi deyim ora necə getmişik.
Bağbanlarda Kamil var, oninla ikimiz gedirik. Biz “Qara qaya”ya keçməliydik. “Qara qaya”da da ermənilərin BTR-i durub. Çox çətinliklə endik aşağı. Bu tərəfdən də iki uşaq keçdi daşın arxasına. Bildim ki, bunlar Şellidən olan uşaqlardandılar. Biz “Qara qaya”ya çıxanda BTR qaçdı. Kamillə mən postu aldıq. Qaçan BTR gedib arxda yanı üstə düşüb qaldı. Onların bir BTR-i də başqa yerdə durubmuş. Bizim yanımıza hardansa bir tank çıxdı. Bu tank bizim yanımızda çox dayanmadı, qayıdıb getdi. Sonra Canpolad BTR-i ilə gəldi. Onu görəndən sonra biz ürəkləndik. Mən getdim ki, F-1 əl qum-barası ilə arxa düşən BTR-i partladam.
Hərbi xidmətdə “stroybat”da ( inşaat batalyonu) olmuşam. Elə bilirəm ki, bu qumbara ilə onu partlatmaq olar. Ona görə tələsirəm. Şellidən olan uşaqlar oradan çığırdılar ki, ehtiyatlı ol, BTR səni vuracaq! Mən də deyirəm ki, ə, görürəm. Elə o BTR-i partlatmağa gedirəm dayna .Heç tanımıram ey BMP nədi, BTR nədi.Seplini tank bilirəm, təkərlini BTR.
Bri dedi, - ə,onu demirəm ey, bu böyürdə başqası var, onu deyirəm.
Bir də döndüm ki, bu yanda bir BTR var. Tez özümü atdım daşın arxasına. Böyük daşlar orada doludu. Nə qədər çığırdım ki, Kamili başa salım arxamca gəlməsin, ol- landı. İndi Kamil mənə yalvarır ki, qardaş, məni burda qoyma! Dedim:
-Kamil, and bu, quran bu səni burda qoymaram.
Dağ yuxarı bunu çəkmək çox çətindi. Bir Əhməd var, bizdən çox uşaqdı, əsgərliyə çağrılanlardandı. Birdən Allah bunu yetirdi, gəldi çıxdı ora. Vəziyyəti gördü. Bunu götürüb ordan çəkib apardıq. Kənarda bir qırmızı Jiquli maşını vardı. Kamili maşına qoyduq. Sürücü onu oradan xəstəxanaya qaçırdı.
Mən qayıtdım geri, döyüşə. Bizə də patronu Şellinin o zamankı Sovet sədri Fazil gətirirdi. Yanında da yekə oğlan uşağı vardı. Patronu gətirəndə Fazilə kömək eləyirdi. Onda uşaqlar da qorxmadan cəbhədə böyüklərlə döyüşdə birlikdə olurdular.
Gəldim ki, Fred Asifin dəstəsi də irəliləyibdi. Mircəfər dedi ki, Oruc burdadı. Dedim: - ə, nə danışırsan, Oruc burda nə gəzir? Oruc da birinci batalyondadı. Sonra baxdım ki, Orucgilin batalyonunun bura gəlməyə girəvəsi var .Onların komandiri Y.Rzayev Xramorddakı postlarını bərkidəndən sonra “Qara qaya”ya köməyə gəlib.
Elə mən çatmışdım dedilər ki, Xosunu (Xosrovu) vurublar. Xosunun vurulması hər tərəfə yayıldı. Onda bildim ki, Xosu elə-belə oğlanlardan deyil.O, Yaqubun batalyonunda döyüşürdü.Şelli kəndindən idi.Həm də institutda təhsilini yarımçıq qoyub döyüşə gəlibmiş.Orucla birlikdəydilər.Sonra Fazilin oğlun vurdular.Fazil də oğlun götürüb getdi.İndi bizə patronu kim gətirəcək?
Bizim də mövqeyimiz çox çətin yer idi. Başımıza güllə hər tərəfdən yağış kimi yağırdı. Buna baxmayaraq gəlib pəyəyə ( donuz fermasına) çatmışıq.
Donuz ferması “Qara qaya”nı keçəndən sonra Əsgəran tərəfdə, Əsgəran Neft bazası ilə üzbəüz, Qarqarın sağ sahilindədi. Döyüşə-döyüşə gedib pəyəyə çatıb qapıla-rını açdıq. İçəridən çoxlu qadın, uşaq, qoca çıxdı. Ermənilər bunları əsir tutaraq gətirib doldurublar bura. Burda da onlara ermənilər işgəncə verirmişlər. Xəbər verdik köməyə gəldilər. Maşını olanlar əsirləri daşıdılar.
. Dedilər ki, niyə gec gəlmisiniz? Onları qınamıram. Onlar nə bilirlər ki, mənim komandirimi, Məmmədi Kiçana, Sırxavəndə çağırıb aparıblar. O zaman orda da vəziyyət ağır idi.
Xocalı faciəsindən 3 gün əvvəl biz hazırlaşmışdıq Xanabada hücum edək. Xanabad ermənilərdən azad edilsə, Əsgəran qəsəbəsi nəzarət altında olurdu. Bununla da Xocalının mühasirədən çıxması asanlaşırdı. Sonra necə oldusa, əməliyyat vaxtı dəyişildi. Hücuma icazə verilmədi.

Məmməd Mərzili









Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: