Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Bakıda FACİƏ: yataqxana uçdu, xəsarət alan var-YENİLƏNİB

Bakıda FACİƏ: yataqxana uçdu, xəsarət alan var-YENİLƏNİB

Tarix : 10-10-2016, 12:30 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Bakıda FACİƏ: yataqxana uçdu, xəsarət alan var-YENİLƏNİB

“Şüvəlanda qəzalı vəziyyətdə olan “Energetika yataqxanası”da yaşayanların köçürülməsi hələlik mümkün deyil. Buna səbəb isə, Bakı və ətraf qəsəbələrdə komitənin balansına aid boş mənzillərin olmamasıdır”. Bunu AzEuroNews.com-a Qaçqın və Məcburi Köçkünlərin Problemləri iş üzrə Dövlət Komitəsindən bildiriblər.
Komitədən verilən məlumata görə, qəzalı və köçürülməsi vacib olan binalarda yaşayan sakinlərə dövlət tərəfindən mənzil ayrılarsa ilk növbədə “Energetika yataqxanası”nda məskunlaşmış sakinlərin köçürülməsi həyata keçiriləcək.
Qeyd edək ki, bu gün səhər Şüvəlan qəsəbəsində yerləşən “Energetika yataqxanası”nda növbəti dəfə uçqun olub. Hadisə nəticəsində azyaşlı uşaq xəsarət alıb. O, əraziyə çağrılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.


***


Bakıda yerləşən yataqxanada uçqun olub. AzEuroNews.com-un məlumatına görə, hadisə Şüvəlan qəsəbəsində yerləşən “Energetika yataqxanası”nda qeydə alınıb. Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində qəfil uçqun olub. Hadisə nəticəsində azyaşlı uşaq xəsarət alıb. O, əraziyə çağırılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Sakinlərdən saytımıza verilən məlumata görə, bu ilk uçqun hadisəsi deyil. Ötən gün-oktyabrın 8-də yataqxanda uçqun baş vermişdi. Hadisə nəticəsində yataqxanada məskunlaşan ailənin iki üzvü – Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət almışdılar. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşmüş və o, xəstəxanaya çatdırılmışdı.

Məlumat üçün bildirək ki, məcburi köçkünlərin yaşadığı bu yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.



Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: