Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » "AzDrama"da rejissorla dalaşan aktyoru işdən qovdular

"AzDrama"da rejissorla dalaşan aktyoru işdən qovdular

Tarix : 10-10-2016, 10:40 | Kateqoriya: Ölkə / Hadisə / Mədəni+niyyət
(голосов:0)
"AzDrama"da rejissorla dalaşan aktyoru işdən qovdular




Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov teatrdakı işindən qovulub. Bu barədə xəbəri Lent.az-a açıqlamasında aktyor özü təsdiqləyib. H.Rəhimov bildirib ki, teatrın direktoru Azərpaşa Nemətovun uzun zamandan bəri onunla problemi olub və nəhayət işdən qovulub: “Onun mənimlə çoxdan problemi var idi. Teatrın rejissoru Vüqar Məmmədovla aramızda yaşanan qalmaqaldan sonra da belə oldu”.

Qeyd edək ki, aktyor H.Rəhimov avqust ayında kulis.az saytına verdiyi müsahibədə işlədiyi teatrı tənqid etdiyi üçün teatrın rejissoru Vüqar Məmmədovla dalaşmışdı. Hazırda bu iş Yasamal rayon polisi tərəfindən araşdırılır. V.Rəhimov xuliqanlıqda ittiham olunur. Onun təqsiri sübuta yetirilirsə, 15 sutka inzibati həbs ediləcək.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: