Kateqoriya: Ölkə / Hadisə / Manşet

Erməni aktivist Bakıda saxlanıldı [FOTOLAR]

Erməni aktivist Bakıda saxlanıldı [FOTOLAR]


Siyasi aktivist, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetian Azərbaycana gəlib. Modernqezeti.com-un məlumatına görə, Bakıya ayaq basar-basmaz onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları saxlayıblar.
Avetianın bu barədə “facebook” profilində yazaraq bildirib ki, o bilet alıb Bakıya gələn ilk ermənidir: “25 ildir bu ölkəyə dəvətsiz, hökümətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür ”
Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümyəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. Yəqin ki, onu geri göndərəcəklər.
Vahe kofe ve tosta qonaq edildiyini də yazıb: “Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı”.

Erməni aktivist Bakıda saxlanıldı [FOTOLAR]
Erməni aktivist Bakıda saxlanıldı [FOTOLAR]

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız