Kateqoriya: Ölkə, Hadisə, Manşet

Rasim Məmmədovun zavodundan 3 tona yaxın dəmir oğurlayan dəstə zərərsizləşdirildi

Rasim Məmmədovun zavodundan 3 tona yaxın dəmir oğurlayan dəstə zərərsizləşdirildi

Bakıda polis daha bir uğurlu əməliyyat keçirərək oğurluq əməlində şübhəli bilinən cinayətkar dəstəni zərərsizləşdirib. AzEuroNews.com-un məlumatına görə, “Baku Steel Company”-dən 3 tona yaxın dəmir oğurlayan biri qadın olmaqla 3 nəfər dəstə üzvü tutulub. “Baku Steel Company” MMC-yə məxsus 2 ton 800 kq dəmir yuvaların dəmir yolu ilə daşınarkən oğurlanması barədə verilmiş məlumatla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən Zərdab rayon sakini Namiq Qəribov, Lənkəran rayon sakini Təbriz Cavadzadə və Beyləqan rayon sakini Afət Quliyeva tutulub.
Faktla bağlı araşdırma davam etdirilir.

Məlumat üçün qeyd edək ki, “Baku Steel Company” Azərbaycan mətbuatında çox populyar olan qalmaqallı oliqarxlardan biri - zavodların, qəzetlərin, gəmilərin sahibi Rasim Məmmədovundur.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *