Kateqoriya: Ölkə

Məscidə namaz qılmağa gəldi, 3500 manat oğurladı

Məscidə namaz qılmağa gəldi, 3500 manat oğurladı


Azərbaycanda məsciddə ibadət edən şəxs qarət edilib. AzEuroNews.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb. Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü, Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *