Kateqoriya: Ölkə / Hadisə / Manşet

Quba üsyanı”nın səbəbkarı mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]

Quba üsyanı”nın səbəbkarı  mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]

2012-ci ildə Qubada xalq üsyanına səbəb olan keçmiş icra başçısı Rauf Həbibov mülklərini satışa çıxarıb. AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki, icra başçısını tez-tələsik mülklərini satışa çıxarmasının səbəbi ölkədən getmək istəməsidir. “Quba üsyanı”ndan sonra Rauf Həbibovun bütün mülkləri siyahıya alınaraq xələfi Mübariz Ağayevin sərəncamına verilmişdi. Hətta M.Ağayevin Rauf Həbibova məxsus Qubanın girişindəki villanı muzeyə çevirmək kimi bir planının da olduğu vurğulanırdı. Lakin sonradan bəzi KİV-lər bu məlumatı təkzib etdi və Rauf Həbibovun müklərinin özünə geri qaytarıldığını, onun Qubaya döndüyünü yazdı.


AzEuroNews.com sabiq icra başçısının satışa çıxardığı mülklərin siyahısını əldə edib. Onlar aşağıdakılardır:



M.Qorki küçəsində 3 mərtəbəli bina;
R.Həbibovun 4 mərtəbəli yarımçıq binası;
Qələduz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə;
Olimpiya-idman kompleksinin qarşısında villa;
2 saylı konserv zavodunun arxasında 1 hektar torpaq sahəsi;
Bestujev-Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina;
Quba liseyinin arxasındakı 8 sot torpaq sahəsi;
Quba texnikumunun arxasında 20 sot torpaq sahəsi;
Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi;
Şəhərin mərkəzində yerləşən parkın sahəsi və Beynəlxalq Banka illik 250 min manata icarəyə verilən bina.


Qeyd edək ki, sabiq icra başçısı bu əmlakları diqqət çəkməmək üçün internet üzərindən satışa verməyib. Məlumatlı mənbənin bildirdiyinə görə, mülklərin satışı Qubada torpaq və ev alqı-satqısı ilə məşğul olan ayrı-ayrı maklerlərə həvalə olunub.

Xatırladaq ki, 2012-ci ilin martın 1-də Qubada icra hakimiyyəti başçısı R.Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısının və qayınanasının villaları yandırılıb. Növbəti gün prezident İlham Əliyev R.Həbibovu vəzifədən azad edib.

Quba üsyanı”nın səbəbkarı  mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]
Quba üsyanı”nın səbəbkarı  mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]
Quba üsyanı”nın səbəbkarı  mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]
Quba üsyanı”nın səbəbkarı  mülklərini satışa çıxardı [SİYAHI/FOTOLAR]

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız