Kateqoriya: Ölkə / Ekonomist / Manşet

Natiq Cəfərli: "Dollar 1,90-1,95 manata qədər bahalaşacaq"

Natiq Cəfərli: "Dollar 1,90-1,95 manata qədər bahalaşacaq"

"Mərkəzi Bank hələ indi elan edir ki, "üzən məzənnəyə" keçir, hərraclar yeni qaydalar üzrə keçiriləcək. Bəs yaxşı biz keçən ilin fevralından deyəndə ki, manat "üzə" bilməz, bunun üçün "hovuz" yoxdur, Maliyyə Nazirindən tutmuş, MB rəhbərinə qədər etiraz edirdilər, bizi populizmdə günahlandırırdılar, indi nə deyəcəklər?!". Modernqezeti.com-un məlumatına görə, bunu tanınmış iqtisadçı, REAL hərəkatının icra katibi Natiq Cəfərli öz facebook profilində yazıb. O, qeyd edib ki, yeni qaydalara görə banklar valyutanı həm də sata biləcəklər və məzənnə tələb-təklifə görə müəyyən olunacaq.

" 1) Banklar özləri hər dəfə dollar alırsa, bankların ciddi xarici borcu varsa, onlar niyə dollar satmalıdırlar? 2) Əgər məzənnə tələb-təklifə görə müəyyən olunacaqsa, bəs tələbin çox olan günləri nə baş verəcək? Bəzi günlər olub ki, MB və NF'du cəmi 50 mln. dollar satışa çıxarıblar, amma tələb 900 mln. dollar olub, həmin günlər manat dəfələrlə dəyərdən düşəcək? 3) "Üzən məzənn" rejimi üçün normal valyuta birjası, birjada dollar sata bilən yüzlərlə şirkət lazımdı, hardadı o şirkətlər?
İnsanları çaşdırmaq lazım deyil, məzənnə inzibatidir, manatın möhkəmlənməsi üçün heç bir iqtisadi səbəb yoxdur, amma siyasi səbəb ola bilər: Əgər yaxın 3 ayda növbədənkənar prezident seçkiləri təyin edilsə, deməli seçkilərə qədər məzənnədə ciddi dəyişiklik olmayacaq, dollar 1,60-1,65 manat arası "rəqs edəcək", seçkidən sonra məzənnədə ciddi dəyişiklik olacaq. Yox əgər seçki təyin edilməsə ilin sonuna qədər manatın addım-addım dəyərdən düşməsi baş vərəck, dollar 1,90-1,95 manata qədər bahalaşacaq. Vəssalam" deyə Natiq Cəfərli qeyd edib.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız