Kateqoriya: Ölkə / Hadisə

Bakıda mağaza sahibi qətlə yetirildi [FOTOLAR]

Bakıda mağaza sahibi qətlə yetirildi [FOTOLAR]
Bakıda mağaza sahibi qətlə yetirilib. Modernqezeti.com-un AzEuroNews.com-a istinadən verdiyi məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Z.Məcidov aldığı güllə yarasından hadisə yerində ölüb. Xəzər rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən ərazidə olublar.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ruhi xəstə Rauf Cəbrayılov saxlanılıb. Ondan hadisə törədilərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

Bakıda mağaza sahibi qətlə yetirildi [FOTOLAR]
Bakıda mağaza sahibi qətlə yetirildi [FOTOLAR]
Bakıda mağaza sahibi qətlə yetirildi [FOTOLAR]

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız