Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » İki nazirin davası: obyekt yarımçıq, fəhlələr maaşsız qaldı [FOTOLAR]

İki nazirin davası: obyekt yarımçıq, fəhlələr maaşsız qaldı [FOTOLAR]

Tarix : 5-10-2016, 11:07 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
İki nazirin davası: obyekt yarımçıq, fəhlələr maaşsız qaldı [FOTOLAR]

Xaçmazda nəqliyyat naziri Ziya Məmmədova məxsus istirahət mərkəzinin tikintisi dayandırılıb.

Modernqezeti.com-un AzEuroNews.com-a istinadən məlumatına görə, Nabranda bir neçə gündür tikintisi dayandırılan obyektdə çalışan fəhlələr maaşlarını ala bilmədiklərindən rayon icra hakimiyyətinin qarşısına toplaşıblar. Rayon icra başçısından görüş tələb edən işçilərin saytımıza verdiyi məlumata görə, iki aydır ki, yığılıb qalan məvaciblərini almaq istədikləri zaman iş icraçısı kimi tanıdıqları Rüstəm adlı şəxs onlara bildirib ki, tikinti Fövqəladə Hallar Nazirliyi( FHN) tərəfindən dayandırılıb.

“Rüstəm müəllim bizə dedi ki, maaş istəyirsinizsə gedin rayon icra hakimiyyətinin qarşısına yığışın. İki nəfər bir-biri ilə dava edirsə bunun bizə nə aidiyyatı var? İşləmişik, zəhmət çəkib maaşımızı versinlər” deyə sakinlər saytımıza bildiriblər.

İstirahət mərkəzinin tikintisində çalışanların sözlərinə görə, obyektdə işlərin dayandırılmasına səbəb kimi, tikinti normalarına düzgün əməl olunmaması göstərilib.

“FHN-dən 5-6 nəfər gəlib betondan tutmuş istifadə olunan armatura qədər hər şeydən nümunə götürdülər. Səhəri gün gəlib tikintinin dayandırılması ilə bağlı rəyi Rüstəm müəllimə verdilər”deyə fəhlələr bildiriblər. Onların sözlərinə görə, obyektin girişində post quran FHN-nin əməkdaşları onlardan obyektdən çıxıb getmələrini tələb ediblər.

Qeyd edək ki, istirahət mərkəzinin tikintisində 30-a yaxın şəxs çalışıb. Maaşlarını ala bilməyən işçilər Bakıya-Nəqliyyat Nazirliyinə gələcəklərini deyiblər.

Mövzunu diqqətdə saxlayacağıq…




Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: