Kateqoriya: Ölkə, Hadisə

Aeroport yolunda ağır qəza: Yaralananlar var [FOTOLAR]

Aeroport yolunda ağır qəza: Yaralananlar var [FOTOLAR]
Ötən gecə Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Modernqezeti.com"un "Azeuronews.com"-a istinadən verdiyi məlumata görə, hadisə Aeroport yolunda qeydə alınıb. Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısında hərəkət edən “VAZ 21015” markalı avtomobilə çırpılıb. Qəza zamanı “VAZ” markalı avtomobildə olan sərnişinlər 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarətlər alıblar.
Yaralılara ilkin yardımı hadisə şahidləri göstəriblər. Daha sonra xəsarət alanlar xəstəxanaya aparılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən “Mercedes”in sürücüsü ərazidən qaçıb.
Yol polisi əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini müəyyən ediblər. Faktla əlaqədar başlanan araşdırmalar davam edir.






Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *