Kateqoriya: Ölkə, Mədəni+niyyət, video

“Əsgər atası” - SƏNƏDLİ FİLM

“Əsgər atası” - SƏNƏDLİ FİLM
QAZİLER.AZ saytı “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi Qarabağ döyüşlərində iştirak edən ata və onun üç oğlunun döyüş yolundan bəhs edən “Əsgər atası” sənədli filmini təqdim edir.

32 dəqiqəlik sənədli filmdə biri şəhid olmaqla, üç oğlu ilə birgə döyüşən ata - Əkbər Rüstəmovun həyatına, döyüş yoluna nəzər salınıb. Onun timsalında əsgər və şəhid atası, əsl vətəndaş obrazı tamaşaçılara təqdim edilib. Nadir xroniki kadrların istifadə olunduğu filmin ssenari müəllifləri İlqar Əlfioğlu, Rey Kərimoğlu, rejissoru Nicat Cəlildır.

“Əsgər atası” sənədli filmində ilk dəfə olaraq, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında, sözləri şairə Xəzangülə, musiqisi Fərahim Sadiqə məxsus “Zəfər nəğməsi” marşı yer alıb.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *