Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Çindən Azərbaycana təhlükəli virusla zəngin ofis kağızları daşınır?

Çindən Azərbaycana təhlükəli virusla zəngin ofis kağızları daşınır?

Tarix : 25-10-2017, 00:39 | Kateqoriya: Ölkə / Ekonomist / Manşet
(голосов:0)
 

 

Azərbaycana Çindən təhlükəli virusla zəngin olması ehtimal edilən kağızdan hazırlanan müxtəlif ofis, gündəlik tələbat malları daşınır. Modernqezeti.com xəbər verir ki, AzEuroNews.com-a daxil olan məlumata görə, Bakıda ofislərdən birində çalışan və ofis üçün alınan “Assispaper” adlanan kağızın keyfiyyəti onu qaneetməyən işçi bir neçə ay əvvəl müxtəlif qurumlara müraciət edib. Kağızın istehsalçısı ilə əlaqə saxlamaq istəyib, bağlamanın üzərində istehsalçının əlaqə nömrəsinə, ünvanına rast gəlməyib. Bağlamanın üzərindəki elektron ünvana məktub yazıb və cavab almayıb.

 




 Bundan sonra ofis işçisi mətbuata, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Eyni zamanda informasiya sorğusu ilə Gömrük Komitəsinə müraciət olunaraq “Assis paper” adlanan kağızın Azərbaycana hansı ölkədən gətirildiyi, uyğunluq sertifikatlarının olub-olmaması və s. məlumatların verilməsini istəyib. Lakin Gömrük Komitəsi sorğunu heç bir səbəb göstərmədən cavablandırmayıb. İlkin ehtimallara görə “Assis paper” adlanan kağızın Azərbaycana Çindən daşınır və orada ikinci dəfə emal edilən tullantılardan hazırlanır.

 

Məsələ ilə bağlı Eyyub Hüseynovun da fikirlərini öyrənmişik. Birlik sədri deyib ki, Azərbaycan Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkəmizdə satılan bütün mallar markalanmalı, üzərində istehsalçının adı, ünvanı, telefonu və digər məlumatlar göstərilməlidir. Bu cür məlumatları olmayan malların satışı qadağandır. Qanun bunu tələb edir. E.Hüseynov deyir ki, malın üzərində təkcə elektron ünvanın göstərilməsi qanunun pozulmasıdır: “Birliyə vətəndaşlar müraciət edib deyirlər ki, mağazadan salfet kağızı alıblar, üzərində 100 ədəd yazılıb. Faktiki isə 80 ədəddir. Bu istehlakçının aldadılmasıdır. Azərbaycanının əmtəə bazarında belə salfet kağızları bəsdeyincə var. Əlbəttə ki, belə malları istehsal edənlər kimliklərini gizlədəcəklər. Bilirlərki, qanunsuzluqla məşğuldurlar.Həmin kağız salfetlər, ofislərə satılan kağızlar təkrar emaldan keçmiş mallardan istehsal edilə bilər. İstehlakçılar evlərinə salfet kağızı, iş yerlərinə ofis kağızı almaqla özləridə bilmədən ən müxtəlif xəstəliklərə yoluxa bilərlər. Çünki həmin ofis kağızlarının, salfet kağızların zibilliklərdən yığılaraq təkrar istehsala yönələn tullantılardan hazırlandığı istisna deyil. Təsəvvür edin ki, yoluxucu xəstəlik həmin ofis kağızı, salfetkalar vasitəsi ilə evimizə, iş yerimizə gedib çıxır, buna isə nəzarət etməli qurumlar seyrçi mövqeyində dayanıblar. 9 mərtəbəli binada oturub durbinlə oradan aşağı baxırlar ki, kim kimi necə aldadır. Sanki istehlakçıları aldadanlara azarkeşlik edirlər”.
Eyyub Hüseynov deyirki, rekvizitləri olmayan istehsalçı mütləq şəkildə problemi olan istehsalçıdır: “Malı istehsal edən istəyər ki, istehlakçı onunla tez bir zamanda əlaqə saxlaya bilsin, malını alabilsin. Bunlar isə ünvanlarını, telefon nömrələrini, kimliklərini gizlədirlər. Deməli, oratada gizlədilməli məqamlar var. Məlumdur ki, işyerlərində, ofislərdə ofis kağızlarından istifadə olunur. Ofis işçiləri özləri də belə kağızlardan bilmədən ən müxtəlif xəstəliklərə yoluxa bilərlər. Belə istehsalçılara qarşı tədbirlər görülmələdir. Dövlət qurumları nəhayət ki, seyrçi mövqelərindən çıxmalı, əməli tədbirlər görməlidirlər”.
Mövzuya qayıdacağıq.
 

Oxşar xəbərlər
Şərhlər