Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Razim Məmmədovdan növbəti "YAŞIL SOYQIRIM"-FOTOLAR

Razim Məmmədovdan növbəti "YAŞIL SOYQIRIM"-FOTOLAR

Tarix : 16-05-2017, 19:50 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)

 

Xətai rayonunda yenidən "yaşıl soyqırım" baş verir. Rayon sakinlərindən AzEuroNews.com-a verilən məlumatına görə, Gəncə prospekti 30 ünvanındakı hektarlarla yaşıllıq ərazi neçə müddətdir ki, hasara alınıb. Artıq bu gün əraziyə ağır texnika gətirilərək, buradakı yaşıllığın məhv edilməsinə başlanılıb.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaxınlığındakı bu ərazinin kimin tərəfindən alındığı bilinməsə də, sakinlərdə olan məlumata görə, ərazidə yüksək mərtəbəli bina tikiləcək.

"Ağaclarla bol olan bu ərazini hasarlayıblar. Başa düşmürlər ki, ağaclar bizim nəfəsimizdir. Bu gün gördük ki, ağacları qırırlar. Etiraz etmək üçün əraziyə yaxınlaşsaq da, buna nail ola bilmədik. Çünki, ərazi hasara alınaraq mühafizə olunur. Özül qazdıqlarından belə başa düşdük ki, ərazidə yaşayış binası tikəcəklər" deyə narazı sakinlər saytımıza məlumat veriblər.


Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov

Onların sözlərinə görə, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə getsələr də, onları qəbul edən olmayıb. Burada olarkən onlara məlum olub ki, sözügedən ərazi rayon icra hakimiyyətinin müvafiq göstərişi ilə hansısa bir tikinti firmasına verilib.

Mövu ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz heç cür mümkün olmadı.18556388_1336267256428555_2498778527755398512_n


18486012_1336267166428564_2171975042910046698_n


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: