Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Xaçmazda ikinci Binəqədi faciəsi yaşana bilər-FOTOLAR

Xaçmazda ikinci Binəqədi faciəsi yaşana bilər-FOTOLAR

Tarix : 14-05-2017, 19:58 | Kateqoriya: Ölkə / Ekonomist / Manşet
(голосов:0)
 

İCRA BAŞÇISI YÜZLƏRLƏ SAKININ HƏYATINI TƏHLÜKƏYƏ ATIB

Xaçmazda ikinci Binəqədi faciəsi yaşana bilər. AzEuroNews.com-un məlumatına görə, Nəriman Nərimanov küçəsində yerləşən binalarda yaşayan sakinlərin həyatı təhlükədədir. Buna səbəb sözügedən prospektdə yerləşən yaşayış binlarının penoplas deyilən örtüklə üzlənməsidir. Olduqca təhlükəli olan bu örtüklər tez alışıb yanma xüsusiyyətinə malikdir.

Redaksiyamıza müraciət edən Xaçmaz sakinlərinin sözlərinə görə, N.Nərimanov prospektində yerləşən yaşayış binlarının  hamısı bu təhlükəli örtüklə üzlənir.


Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev
Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev

"Görünür rayon  icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonun abadlıq-quruculuq işlərinə ayrılan 3 milyonu belə xərcləyir. İndi yüzlərlə ailənin həyatı təhükədədir. Sakinlərlə yığışıb bu barədə icra hakimiyyətinə şikayət etmişik. Amma, nə fayda. Şikayətimizi heç kəs dinləmək istəmir" deyə rayon sakinləri məlumat veriblər.

Mövzu ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsaq da, bazar günü olduğundan zənglərimizə cavab verən olmadı.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Binəqədi rayonunda 16 mərtəbəli binada dəhşətli yanğın olub.  Fasadının alovlanması nəticəsində bütün binanı alov bürüyüb.
Nəticədə 15 nəfər həlak olub. Onlarla insan yaralanıb. Ölənlərdən 4-ü azyaşlı olub.
Anoloji hadisə elə həmin il Xətai rayonunda da baş verib.


18519476_1319805878103052_5472336123793301937_n


18485304_1319805718103068_4580475614638257545_n


18446779_1319805964769710_9132459688748357728_n



Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: