Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Hacıbala Abutalıbov İsgəndərin BƏM-ini dağıdır

Hacıbala Abutalıbov İsgəndərin BƏM-ini dağıdır

Tarix : 1-05-2017, 10:37 | Kateqoriya: Ölkə / Ekonomist / Manşet
(голосов:0)

 
Bakının ən məşhur və uzun müddətdir fəaliyyət göstərən restoran-əyləncə mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzinin sökülməsi tələb edilir. Modernqezeti.com-un məlumatına görə, bu barədə xəbəri Lent.az-a BƏM-in baş administratoru təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni  zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir. Qeyd edək ki, BƏM-in söküləcəyi xəbərini bakupost.az saytı yayıb.
Saytın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.
Bildirilir ki, ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib.
Onu da qeyd edək ki, BƏM  tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

 

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: