Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » AZƏRTAC-ın keçmiş əməkdaşı Azərbaycan səfiri ilə bağlı beynəlxalq təşkilatlara və Avropa Məhkəməsinə müraciət edib - EKSKLÜZİV

AZƏRTAC-ın keçmiş əməkdaşı Azərbaycan səfiri ilə bağlı beynəlxalq təşkilatlara və Avropa Məhkəməsinə müraciət edib - EKSKLÜZİV

Tarix : 24-04-2017, 16:42 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
 

AzEuroNews.com /UKRAYNA- Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna üzrə nümayəndəliyində qalmaqallı yerdəyişmə baş verir. AzEuroNews.com-un məlumatına görə, qurumun Kiyevdə 17 ilə qədərdir aktiv fəaəliyyət göstərən əməkdaşı, tanınmış jurnalist Zeynal Ağazadə bu yaxınlarda müəmmalı şəkildə tutduğu vəzifədən azad olunsa da, artıq detalları məlum olub. Məlumata görə, 2000-ci ildən Kiyevdə fəaliyyət göstərən Z. Ağazadə çoxdan imiş ki, "AzTV"nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun xoşuna gəlmirmiş. Münasibətlərdəki gərginliyə baxmayaraq M. Aslanov heç cür Z. Ağazadəni oradan uzaqlaşdıra bilməyib. Amma Ukraynaya yeni təyin olunmuş səfir Azər Xudiyevlə dostluq münasibətlərindən istifadə edən M. Aslanov nəhayət Z. Ağazadənin 17 illik məhsuldar Kiyev fəaliyyətinə son qoymağı bacarıb. Nəticədə AZƏRTAC-ın tanınmış əməkdaşı, Ukraynada böyük xidmətlər göstərən Z. Ağazadə tutduğu vəzifədən azad edilib. Bundan istifadə edən Mövsüm Aslanov bu postal bağlı narahatlığını birdəfəlik həll etmək üçün adı “FETÖ”çülükdə hallanan və buna görə diaspordan uzaqlaşdırılan yaxın adamı Anar Tahirovla ortaq dostları Emil Hüseynlini bu posta gətirmək üçün bütün “kanallar”a əl atmağa başlayaraq hərəkətə keçib. Məlumata görə, artıq E. Hüseynlinin təyinatı ilə bağlı ilkin razılıq da verilib. Bütün bunlar Ukraynada azərbaycanlılar arasında ciddi mübahisəyə səbəb olub. Mənbə onu da bildirir ki, son günlər səfir A. Xuduyev və Mövsüm Aslanov Ukraynada Azərbaycan və azərbaycanlılarla bağlı mövzuda qəti şəkildə informasiya monopoliyası yaratmağa, yalnız onlarla dostluq edən diaspora nümayəndələri, siyasətçilər barədə təbliğatın aparılmasına cəhd edirlər. Hətta bu günlərdə M. Aslanovun təhriki ilə səfir A. Xuduyev Azərbaycanda onların bu fəaliyyətini tənqid edən bir neçə KİV-i inzibati təzyiq göstərmək üçün hədəfə də götürüb.
Bundan narazı qalan Zeynal Ağazadə ölkəyə gəlməkdən imtina edib səfir Azər Xuduyev və Mövsüm Aslanovla bağlı beynəlxalq jurnalist təşkilatlarına, insan haqları təşkilatlarına və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: