Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Sevindik Hətəmov Vasif Talıbovun qardaşına kömək edə bilmədi-EKSKULİZİV/FOTOLAR

Sevindik Hətəmov Vasif Talıbovun qardaşına kömək edə bilmədi-EKSKULİZİV/FOTOLAR

Tarix : 24-04-2017, 09:01 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
SALYANLI SAHIBKARLAR “OBA”YA GÖRƏ “VEYSƏLOĞLU”NU ÇƏTIN VƏZIYYƏTƏ SALDI

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun biznesmen qardaşı Aydın Talıbov Salyanda yerli biznesmenlər tərəfindən sıxışdırılır. AzEuroNews.com-un yerli mənbələrdən əldə etdiyi məlumata görə, “Veysəloğlu” MMC, “Araz” super marketləri kimi nəhəng biznes imperiyasına sahib olan Aydın Talıbov “Oba” adlı yeni super marketlər şəbəkəsini sürətlə genişləndirir. Artıq “Oba”nın sayca 300-cü filialı fəaliyyətə başlayıb.


 
“Oba”nın sayca 300-cü filialı fəaliyyətə başlayıb
Bakı və ətraf ərazilərdə eləcə də, Xırdalan, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Astara, Biləsuvar, Neftçala və Salyanda fəaliyyət göstərən “Oba” yaxın aylarda Gəncə, Tovuz, Şəmkir və Ağsatafada da filial açmağı hədəfləyib.

 
“Oba” super market
“Topdan qiymətinə pərakəndə satış” şüarı ilə bazara girən “Oba”nın sahibi Aydın Talıbovun “vurulması” ilə bağlı xəbərlər yayılıb. Belə ki, Salyandakı yerli mənbəmizin verdiyi məlumatda deyilir ki, rayon camaatının ucuz alış-veriş üçün “Oba”ya üz tutması digər yerli biznesmenlərin qəzəbinə səbəb olub. Onlar sözü bir yerə qoyaraq  bir çox yeyinti məhsullarının istehsalçısı və idxalatçısı kimi məşhur olan  “Veysəloğlu” MMC-dən mal almamağa qərar veriblər.

Vasif Talıbovun biznesmen qardaşı Aydın Talıbov
Aydın Talıbovun məsələdən xəbər tutandan sonra Salyana gələrək icra başçısı Sevindik Hətəmovla birgə narazı sahibkarlarla görüşməsi də bir nəticə verməyib.

Salyanın icra başçısı Sevindik Hətəmov

Mövzu ilə bağlı “Veysəloğlu” MMC-nin mövqeyini öyrənməyə çalışsaq da, bu heç cürə mümkün olmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…
 
 


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: