Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Taleh Bağırzadə ilə bağlı məhkəmə – Qərarı (Yenilənib)

Taleh Bağırzadə ilə bağlı məhkəmə – Qərarı (Yenilənib)

Tarix : 2-12-2015, 17:00 | Kateqoriya: Ölkə
(голосов:0)


 

 
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.
Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırzadə özü də iştirak edib.

 
 


Məhkəmə prosesinə qatılmaq sitəyənlər isə, polisin müdaxiləsi ilə üzləşiblər. Bu barədə məlumat verən Samir Nağıyev bildirib ki, metronun "Elmlər Akademiyası" stansiyası qarşısına toplaşıb məhkəmə prosesinə gedən zaman polis əməkdaşları onların qarşısını kəsib: "Müsavatçılarla gəlmişdik ki, tutulan dindarlara dəstək verək. Polislər məni tanıyırdı. Bir neçə dəfə məni Yasamal rayon Polis İdarəsinin əməkdaşları saxlamışdılar. Tez məni tutub polis maşınına otuzdurmaq istədilər. Gördülər alınmır. Başladılar məni yerə yıxıb vurmağa. Camaat məni və atamı polisin dəyənəyinin altından çəkib çıxardılar".

Akif Nağıyevin sözlərinə görə, aldığı xəsarətlər çox olduğu üçün təcili yardım çağırıb: "Lakin polislər imkan vermədi ki, təcili yardımın həkimləri bizi ərazidən çıxarıb maşına mindirsinlər".

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

2015-12-02 17:00:23

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: