Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Hacı İbrahim “Xəzər adaları”nı satır

Hacı İbrahim “Xəzər adaları”nı satır

Tarix : 10-04-2017, 10:05 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
 
“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli yarımçıq qalan “Xəzər Adaları” meqa projesini satır. AzEuroNews.com-un məlumatına görə, “Xəzər adaları”nın tikintisi Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank işi”nə görə, “Bandotdel”ə çağırılması və orada bir müddət saxlanılmasına qədər normal şəkildə davam edib. Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinə görə sözügedən bankdan 850 milyon dollar kredit alıb. Bank verilən krediti tələb edib və bu Hacı İbrahimin “Bandotdel”ə çağırılması və orada bir müddət saxlanılması ilə nəticələnib. Belə olan halda Hacı İbrahim “Xəzər Adaları”na cəlb etdiyi Yaponiya, Türkiyə, Ukrayna və Almaniyadan olan investorları itirməklə yanaşı  borclu vəziyyətə düşüb.

Əldə etdiyimiz yeni məlumatda deyilir ki, Hacı İbrahim hazırda böyük bir xarabalığı xatırladan “Xəzər Adaları” projesini satışa çıxarıb. Məlumatda deyilir ki, artıq yəhudi bir iş adamı projeni alaraq tamamlamaq iqtidarında olduğunu bildirib.
“Həmin yəhudi işadamı Hacı İbrahimə bildirib ki, projenin alaraq tamamlaya bilər. Ancaq bir şərt də irəli sürüb. Hələlik kimliyi açıqlanmayan yəhudi iş adamı Hacı İbrahimdən bu projeni tam bitirməsi üçün dövlət dəstəyinin verilməsini tələb edib” deyə əldə edilən məlumatda deyilir.
Qeyd edək ki, Hacı İbrahimin “Xəzər adaları” layihəsinə görə, dənizdə 50-yə yaxın süni ada inşa edilməlidir. Onların üzərində bütün infrastruktura malik olan, 1 milyon adamın yaşaya biləcəyi şəhərcik salınacağı, o cümlədən 1050 metr hündürlüyündə “Azərbaycan qülləsi”nin tikiləcəyi planlaşdırılır. Layihəyə 100-120 milyard dollar aralığında vəsaitin xərclənəcəyinin nəzərdə tutulduğu bildirilir.
  • Mövzu ilə bağlı Hacı İbrahim Nehrəmlini mövqeyini öyrənməyə cəhd etsək də, bu heç cürə alınmadı. Onun da bu mövzu ilə bağlı mövqeyini öyrənib dərc etməyə hazırıq…

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: