Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı

Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı

Tarix : 20-09-2016, 21:27 | Kateqoriya: Ölkə
(голосов:0)
Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı

Sentyabrın 18-i Müsavat Partiyasının “Məhsul” stadionunda keçirdiyi icazəli mitinqdə iştirak edən xanım fəal İlkanə Mənəfova polisə çağırılıb. Bu barədə “Modern” qəzetinə məlumat verən İ.Mənəfovanın sözlərinə görə, Nəsimi Rayon Polis İdarəsinə çağırılaraq mitinqdə iştirakı ilə bağlı sorğu-sual olunub: “Mitinqə özümlə bərabər 5-10 nəfər aparmışdım. Görünür bu mitinqdə asayişi qoruyan polis əməkdaşlarının diqqətini cəlb edib. Mənə bir daha mitinqə adam gətirməməklə bağlı tapşırıq verildi. Eyni zamanda bildirildi ki, özüm də müxalifətin aksiyalarında iştirak etməyim”.
İlkanə Mənəfovanın sözünə görə, polis idarəsində hazırda axtarışda olan və İsveçdə mühacir həyatı yaşayan həyat yoldaşı Babək Mənəfovla bağlı da sorğu-sual olunub.
Nəsimi Rayon Polis İdarəsi ilə əlaqə yaradan redaksiyamıza bildirdilər ki, hazırda onlarda bu barədə məlumat yoxdur.

Amil Məmmədli


Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı
Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı
Mitinqdə iştirak edən xanım fəal polisə çağırıldı

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: