Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycanda Məhərrəmlik başlayıb

Azərbaycanda Məhərrəmlik başlayıb

Tarix : 2-10-2016, 20:39 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
Azərbaycanda Məhərrəmlik başlayıb

Azərbaycanda Məhərrəm ayı başlayıb. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.

Fətvada Məhərrəm ayının 10-nun – Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.

Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: