Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Xırdalanda DƏHŞƏT: 5 nəfər dəm qazının qurbanı oldu-YENİLƏNİR/FOTOLAR

Xırdalanda DƏHŞƏT: 5 nəfər dəm qazının qurbanı oldu-YENİLƏNİR/FOTOLAR

Tarix : 15-03-2017, 10:46 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
  • Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.  Onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır…
**************************************
Xırdalan şəhərində dəhşətli hadisə baş verib. AzEuroNews.com-un məlumatına görə, 5 nəfər dəm qazından boğularaq ölüb. Faktı  AzEuroNews.com-a Abşeron polisindən təsdiqləyiblər.
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları meyitləri evdən çıxarıb morqa aparıb.
AzEuroNews.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ölənlərdən 3-ü tələbə, ikisi isə onlara qonaq gələn tələbələrdən birinin xalası və xalasıqızı olub.
Faktla bağlı araşdırma aparılır.



 



Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: