Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Natiq Cəfərli: Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq

Natiq Cəfərli: Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq

Опубликовано : 2-10-2016, 18:27 | Категория: Ölkə / Ekonomist
(голосов:0)
Natiq Cəfərli: Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq


“Bu hökumətdə bir savadlı adam çıxıb hesablayıbmı ki, daxili istehsalımız, məsələn, toyuq ətində, yumurtada, meyvə-tərəvəzdə nə qədərdir? Bu həcm daxili təlabatımızı ödəyəcəkmi? Rüsumların artırılması daxili bazarda qiymətlərə necə təsir edəcək?” – bu sözləri Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilməsi barədə verilən xəbərə münasibət bildirən iqtisadçı ekspert natiq Cəfərli deyib.

“Rəsmi məlumat: Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma, armud, heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Məntiqi başa düşməyə çalışıram, güya, daxili istehsalı, istehsalçını qorumaq üçün bu addımı atırlar, ilk baxışdan, hətta, doğru da görünə bilər. Amma, bu hökumətdə bir savadlı adam çıxıb hesablayıbmı ki, daxili istehsalımız, məsələn, toyuq ətində, yumurtada, meyvə-tərəvəzdə nə qədərdir? Bu həcm daxili təlabatımızı ödəyəcəkmi? Rüsumların artırılması daxili bazarda qiymətlərə necə təsir edəcək? Daxili istehsalçı, xaricdən gələn, məsələn, toyuğun qiymətində artım olacaqsa, öz qiymətlərini də ona uyğun artırmayacaqmı? İndiki çətin iqtisadi və sosial durumda bazarda bolluq yaradıb qiymətləri aşağı çəkməkmi məntiqlidir, yoxsa 3-5 daxili istehsalçının maraqlarını qorumaqmı? Hansı ki, o bəzi iri daxili istehsalçılar da elə iri çaplı məmurlara məxsus obyektlərdir? Mən, bir istehlakçı kimi, niyə uduzmalıyam? Niyə seçim imkanlarından məhrum olmalıyam, niyə daxili məhsulu seçməyə məcbur edilməliyəm?!

Bu sualların cavabını verəncək araşdırma aparmağı bacaran bir Allah bəndəsi varmı hökumətdə?! Bu qərardan sonra ölkədi ciddi qiymət artımı davam edəcək. ərzaq inflyasiyası, rəsmi inflyasiyanı 3 dəfəyə qədər qabaqlayacaq, sonda zərbə sadə istehlakçının cibinə dəyəcək. Məndən demək, özünüz bilin…

Qeyd edək ki, ərzaq məhsullarının idxalında vergi rüsumunun qaldırılması barədə xəbəri APA yaymışdı.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: