Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Ziya Məmmədov baş nazir postuna gətirilir

Ziya Məmmədov baş nazir postuna gətirilir

Tarix : 13-02-2017, 20:41 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Ziya Məmmədov baş nazir postuna gətirilir

Nazirlik postunu əldən verən Ziya Məmmədov baş nazir təyin oluna bilər. "Modernqezeti.com"un əldə etdiyi məlumatda deyilir ki, bununla bağlı ölkə başçısı İlham Əliyevin yaxın günlərdə sərəncam imzalanacağı gözlənilir.

Unikal.org məsələ ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir.
Bundan sonra hansı işlə məşğul olacaqsınız? – sualına sabiq nazir belə cavab verib: “Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq”.

Qəzetimizin Avropa Bürosunun əldə etdiyi bir digər məlumatda isə deyilir ki, hazırda Amerikada yaşayan sabiq nazirin oğlu Anar Məmmədov atasının işdən çıxarılıb, baş nazir postuna gətiriləcəyi ilə bağlı böyük ziyafət təşkil edib. Ziyafətdə Amerikada yaşayan məmur övladları ilə yanaşı Amerikanın bir sıra tanınmış siyasi xadimləri də iştirak ediblər.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: