Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Əsir götürülən Elnur Hüseynzadə Qarabağda 2 aylıq həbs edilib

Əsir götürülən Elnur Hüseynzadə Qarabağda 2 aylıq həbs edilib

Tarix : 5-02-2017, 13:35 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Əsir götürülən Elnur Hüseynzadə Qarabağda 2 aylıq həbs edilib

Fevralın 5-də Dağlıq Qarabağdakı separatçı rejim əsir götürülən Elnur Hüseynzadə barəsində iki aylıq həbs qərarı çıxarıb. APA-nın məlumatına görə, məhkəmə iclası qapalı keçirilib.

Bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, seperatçıların əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində seperatçılar tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını bildirib.

E.Hüseynzadə fevralın 1-də Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma zamanı əsir götürülüb.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: