Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarıldı

Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarıldı

Tarix : 5-02-2017, 11:55 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarıldı


Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.
AzEuroNews.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: