Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Akiv Çovdarovun qızının binasının tikintisi dayandırıldı-FOTOLAR

Akiv Çovdarovun qızının binasının tikintisi dayandırıldı-FOTOLAR

Tarix : 1-02-2017, 20:58 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
Akiv Çovdarovun qızının binasının tikintisi dayandırıldı-FOTOLAR

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun qızının binasının tikintisi dayandırılıb. AzEuroNews.com-un məlumatına görə, “Arxin-M LTD” MMC Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində 2014-cü ildə yaşıllıq zolağını məhv edərək yerində yaşayış binası inşa edib. Sözügedən şirkətdən ev alan vətəndaşlardan saytımıza verilən məlumata görə, Akif Çovdarov tutulduqdan sonra binanın tikintisi dayandırılıb. Ev alanlara heç bir məlumat verməyən “Arxin-M LTD” MMC binada yerləşən satış ofisini bağlayıb. Sakinlərin sözlərinə görə, sözügedən şirkət Akif Çovdarovun qızı Aidə Qasımovaya məxsus olub. Onun Akif Çovdarovun qızı olmasını isə, "MTN işi"ndən sonra öyrəniblər. Mənzillərinin ödənişini şəxsən Aidə Qasımovaya ödədiklərini deyən sakinlər indi binalarını təmir edə bilmirlər. Buna səbəb isə, binanın təhvil verilməməsi və onlara təmir aktı verilməməsidir.

Sözügedən mənzildən ev alan zərərçəkənlər deyir ki, şikayət üçün döydükləri hər qapıdan eyni cavabı alıblar: "Bizə dedilər şikayətinizi hara istəyirsiniz edin. Biz indi nə edək? Aidə Çovdarovaya ödədiyimiz pulları necə alaq? Polisə şikayət etdik. Bizə dedilər ki, atası respublikanın 90 %-nə pul atıb. Neyləyə bilərik?".
Saytımıza müraciət edən sakinlər bildirdilər ki, “Arxin-M LTD” MMC -dən mənzil alan sakinlər yaxın günlərdə Prezident Administrasiyasına yürüş edərək mənzillərini tələb edəcəklər.






Tikintisi dayandırılan bina

Akiv Çovdarovun qızının binasının tikintisi dayandırıldı-FOTOLAR


*Binanın özülü qazılarkən

Akiv Çovdarovun qızının binasının tikintisi dayandırıldı-FOTOLAR

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: