Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » DİN əməliyyat keçirdi: silahlı şəxslər zərərsizləşdirildi-FOTO

DİN əməliyyat keçirdi: silahlı şəxslər zərərsizləşdirildi-FOTO

Tarix : 1-02-2017, 09:43 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
DİN əməliyyat keçirdi: silahlı şəxslər zərərsizləşdirildi-FOTO




Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Əhməd Əlizadədə silah olması barədə əməliyyat məlumatı daxil olub. AzEuroNews.com-un məlumatına görə, keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Əщмяд Əlizadənin yaşadığı ünvana baxış zamanı oradan “TT” markalı tapança və ona aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarənin əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Binəqədi rayon sakini Elgiz Abdullayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, elə cə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: