Kateqoriya: Ölkə, Ekonomist, Manşet

Deputatla iş adamının restoran mübarizəsində SON PƏRDƏ-FOTOLAR

Deputatla iş adamının restoran mübarizəsində SON PƏRDƏ-FOTOLAR


Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevin restoranları əl dəyişir. AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, deputata məxsus “Künefe Evi” restorlar şəbəkəsi uzun illərdir Bakıda fəaliyyət göstərən “Büyükfırat” restoranın sahibi Hüseyn Büyükfırat tərəfindən alınıb.
Məlumatlı mənbə iddia edir ki, uzun illərdir Bakıda fəaliyyət göstərən iş adamı Hüseyn Büyükfırat “Künefe evi” restoranlar şəbəkəsinin ona satılması ilə bağlı deputat Qüdrət Həsənquliyevə müraciət edib. Restoranların ona satılması qarşılığında deputata yaxşı bir məbləğ təklif edən H.Büyükfırat Q.Həsənquliyevdən “yox” cavabı alıb.
Məlumatda qeyd olunur ki, bundan bərk qəzəblənən Hüseyn Büyükfırat məsələ ilə bağlı çox yaxın dostu olan prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məlumat verib. B.Əyyubovdan bu restoranları almaqda kömək istəyən H.Büyükfırat müsbət cavab aldıqdan sonra tərəflərin növbəti görüşü “Künefe evi”nin “Fəvvarələr meydanı” yaxınlığındakı filialında baş tutub. “Künefe evi” restoranlar şəbəkəsinin icraçı direktoru Edip Nabikoğlunun da iştirakı ilə baş tutan görüşdə Qüdrət Həsənquliyev və Hüseyn Büyükfırat razılığa gəliblər.
Yaxın günlərdən “Künefe evi”nin “Büyükfırat”la əvələnməsi gözlənilir.
Məlumat üçün bildirək ki, “Künefe Evi" 2013-cü ildə Bakıda fəaliyyətə başlayıb. Hazırda restoranın Səbail, Yasamal və Nəsimi rayonlarında üç şöbəsi fəaliyyət göstərir. Türkiyənin məşhur şirniyyat növü olan künefenin adı ilə adlandırılan məkan künefe ilə yanaşı, müxtəlif növ paxlavalar, kadayıf çeşitləri, dadlı poaçalar, smitlər, tortlar, bir sözlə Türkiyə və Avropa mətbəxinin ləziz şirniyyatlarını təklif edir. Künefe evi” restoranlar şəbəkəsinin icraçı direktoru Edip Nabikoğlu “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızının həyat yoldaşıdır.
“Büyükfırat” qrup isə, 1996-ci ildə Hüseyn Büyükfırat tərəfindən Bakı şəhərində restoran və iaşə sektorunda xidmət vermək məqsədi ilə qurulub. Hal-hazırda Bakı şəhərində 8 ayrı bölgədə kafe-restoran və Gəncə şəhərində “Aura Park” ticarət mərkəzində fast food və şəhərin mərkəzində 3 mərtəbəli restoran-əyləncə mərkəzi ilə xidmətlərinə davam edirlər.
Mövzu ilə bağlı “Künefe evi” və “Büyükfırat” rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, bu heç cürə mümkün olmadı.
Onların da mövqeyini öyrənib, dərc etməyə hazırıq.














Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *