Kateqoriya: Ölkə / Hadisə / Manşet

Fərhad Məmmədovun ofisi qarət olundu

Fərhad Məmmədovun ofisi qarət olundu

Strateji Araşdırmalar Mərkəzindən pul oğurlanıb. AzEuroNews.com-un məlumatına görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovdur.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız