Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Avtoritet “Piter Elçin”in qardaşı maşınında güllələndi –MASALLIDA -FOTOLAR

Avtoritet “Piter Elçin”in qardaşı maşınında güllələndi –MASALLIDA -FOTOLAR

Tarix : 22-12-2016, 18:10 | Kateqoriya: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Avtoritet “Piter Elçin”in qardaşı maşınında güllələndi –MASALLIDA -FOTOLAR


Masallı rayonunda qətl hadisəsi baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə bu gün rayonun Türkoba kəndi ərazisində qeydə alınıb. Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 37 yaşlı Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla idarə etdiyi avtomobildə qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb. Əldə etdiyimiz məlumata görə hadisəni törədən şəxs polisə gələrək könüllü təslim olub.

Qeyd edək ki, bu ilin iyun ayının 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında qətlə yetirilən şəxsin qardaşı “Piter Elçin” kimi tanınan Elçin İsmayılovun digər qardaşı 43 yaşlı Maarif İsmayılov Emil Hüseynov tərəfindən kustar üsulla hazırlanmış tapança ilə qətlə yetirilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.




Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: