Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Kəmaləddin Heydərov “AMAY”ı aldı – FOTOLAR

Kəmaləddin Heydərov “AMAY”ı aldı – FOTOLAR

Tarix : 10-12-2016, 09:22 | Kateqoriya: Ölkə / Hadisə / Siyasət / Ekonomist / Manşet
(голосов:0)
Kəmaləddin Heydərov “AMAY”ı aldı – FOTOLAR


Vaxtı ilə həbs olunan və ticarət mərkəzi əlindən alınan iş adamı Abdulla Abdullayev daha bir zərbə ilə üzləşib. AzEuroNews.com-un məlumatına görə, həbsdən çıxandan sonra “AMAY” ticarət mərkəzini özünə qaytarmaq üçün hakimiyyətlə danışıqlara gedən A.Abdullayevə bildirilib ki, “AMAY” fövqəladə hallar naziri Kəmallədin Heydərova satılıb. Hərraca çıxarılan ticarət mərkəzinə ən çox pulu məhz K.Heydərov təklif etdiyindən Qafqazda ən böyük ticarət mərkəzi olan “AMAY”a da məhz o sahiblənib.
Məlumatlı mənbənin saytımıza verdiyi məlumatda deyilir ki, “AMAY”ı alan Kəmaləddin Heydərov ticarət mərkəzini söküb yerində “Gilan Holding” üçün yeni bina tikmək niyyətindədir. Artıq ticarət mərkəzində yerləşən mağazaların sahiblərinə bu barədə məlumat verilərək özləri üçün yer axtarmaları tapşırığı verilib.
“AMAY” söküləcəyi təqdirdə burada yerləşən “2 saylı ASAN Xidmət Mərkəzi” və “Beynəlxalq Bank”ın taleyinin necə olacağına gəlincə, məlumatlı mənbə deyir ki, Kəmaləddin Heydərov onlara köçəcəkləri təqdirdə kompensassiyanın verilməsi ilə bağlı göstəriş verib.
Xatırladaq ki, Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iləÿiş adamı 13 il azadlıqdan məhrum edilmişdi. Onunla birlikdəÿmühakiməÿolunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov vəÿVidadi Qurbanovun hər birinəÿ9 il, Nadejda Ilyasovaya isəÿ8 il şərti cəza verilmişdi. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilirdi.
Bakı Apellyasiya Məhkəməsi də Abdulla Abdullayevin 13 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamışdı. Iş adamı bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü. Bir qədər keçəndən sonra isə Abdulla Abdullayev fikrini dəyişərək, bir daha Ali Məhkəməyə müraciət etmişdi. Dünənki qərar da həmin kassasiya şikayəti əsasında çıxarılmışdı.
Onu da qeyd edək ki, Abdulla Abdullayev bir müddət əvvəl dövlət başçısı İlham Əliyevə açıq məktub yazaraq, məmur özbaşınalığından, yüksək vəzifədə çalışan şəxslərin əhaliyə divan tutmasından bəhs etmişdi.
Abdulla Abdullayev məhkəmələrdə ifadələrində də günahsız olduğunu, sifarişlə həbs edildiyini bildirirdi.








Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: