Kateqoriya: Ölkə / Ekonomist / Manşet

Beynəlxalq Bankın yeni prezidenti həbs edildi? – Günün xəbəri

Beynəlxalq Bankın yeni prezidenti həbs edildi? – Günün xəbəri

“Beynəlxalq Bankın yeni prezidenti Elman Məmmədov həbs edilib. Onu evində qandallayıb aparıblar. O, Beynəlxalq Bankın 10 milyard dollar vəsaitini qara bazara çıxarıb satmaqda günahlandırılır”.

Bu məlumatı “Basta”ya bank sektorunda çalışan etibarlı mənbə verib.

Mətbuatda Elman Məmmədovla yanaşı, Azərtürk Bankın prezidenti Fərhad Adıgözəlovun da hakimiyyət tərəfindən cəzalandırıldığı haqda xəbər yayılıb. Haqqın.az xəbər verir ki, hər iki şəxs “qara bazarın stimullaşdırılmasında” şübhəli bilinirlər. Bildirilir ki, Elman Məmmədov və Fərhad Adıgözəlovun vasitəçiliyi ilə qara bazara külli miqdarda valyuta çıxarılıb, bunun sayəsində ölkədə dollar qıtlığı yaranıb.

Məlumata görə, ölkədə valyuta qıtlığının yaranmasının əsas səbəbi “qara bazarın” fəaliyyəti olub.

Bildirilir ki, hər iki bankın rəhbəri onlara edilən xəbərdarlıqlara məhəl qoymadıqları üçün vəzifədən çıxarılıb və istintaqa cəlb olunublar.

Qeyd edək ki, ötən həftə Beynəlxalq Bankın indi həbsdə olan sabiq prezidenti Cahangir Hacıyev şok iddia irəli sürmüşdü. Cahangir Hacıyev özünün vəzifədən çıxarılmasından sonra Beynəlxalq Bankın sağlamlaşdırılması üçün bu banka ayrılan 8 milyard manatdan artıq vəsaitin hara yoxa çıxması haqqında sual vermişdi.

Elman Məmmədov Beynəlxalqın prezidenti vəzifəsinə 2015-ci ilin iyun ayında seçilib. Bundan sonra bankın əvvəlki rəhbərliyi, o cümlədən filial müdirləri istefaya göndərilib.

Azərbaycan Beynəlxalq Bankı — Azərbaycan Respublikasında dövlət nəzarətində olan və bank sektorunun 40 faizini əlində cəmləyən qurumdur.

Bastainfo.com

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız