Kateqoriya: Ölkə / Hadisə / Siyasət / Manşet

Bayram Məmmədova əliqandallı hökm oxundu

Bayram Məmmədova əliqandallı hökm oxundu


Dekabrın 8-də Ağır Cinayətlər Məhkəməsində gənc fəal Bayram Məmmədova hökm oxunub.

O, 10 il azadlıqdan məhrum edilib.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.

Hər iki gənc sabiq prezidnet Heydər Əliyevin doğum günündə abidəsinə "Qul bayramınız mübarək!" yazdıqlarına görə həbs olunduqlarına bildiriblər.

Beynəxalq Amnistiya Təşkilatı onları "vicdan məhbusu" elan edib.

Avropa Şurasına üzv olan ölkələrin üzərinə götürdüyü öhdəliklərə görə, təqsirləndirilən şəxs məhkəmə zalında nəinki əliqandallı, həm də "dəmir barmaqlıqlar" arasına salınmamalııdr. O vəkilin yanında oturmalıdır.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız