Kateqoriya: Ölkə, Manşet

Azərbaycan ən yeni pilotsuz hava gəmisi alır

Azərbaycan ən yeni pilotsuz hava gəmisi alır



Azərbaycan yeni nəsil kosmik aparat – pilotsuz hava gəmisinə maraq göstərir.

Bu texnologiya dünyada ilk hesab edilən, həm peyk, həm də pilotsuz aparat funksiyasını icra edən “Stratobus” uçan aparatıdır.

AzEuroNews xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, dünyada analoqu olmayan bu texnologiya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də müsbət qarşılanıb.

Qeyd edək ki, Fransanın “Thales Alenia Space” şirkətinin təqdim etdiyi bu hava gəmisi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

“Stratobus”la dövlət sərhədi və su hövzəsinin müşahidəsini həyata keçirmək, habelə teleradio yayımı, mobil rabitə və naviqasiya sisteminin sərhədlərini genişləndirmək mümkündür.

Xarici görünüşünə görə hava gəmisini xatırladan “Stratobus” təlimat verilən hündürlüyə yüksələ və iki elektrik mühərriki sayəsində müəyyən vəziyyət ala bilir. Uçan aparatın təxminən 20 km hündürlükdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu hava gəmisi ətraf mühit hadisələri, yanğınlar, su daşqınları, dənizdə fəlakətlərə nəzarət edə bilir, eyni zamanda dənizdə naviqasiya məsələsini də həll edə bilir. Yerə məsafə baxımından yaxın olduğu üçün ötürmə qabiliyyəti genişzolaqlıdır və bu, aparata peyk funksiyasını da müəkəmməl şəkildə icra etməyə imkan verir.

Hazırda bu texnologiyanı dünyada ancaq Sinqapur əldə edib. Hava gəmisinin iki hissədən olması onun dəyərini süni peykdən 5-10 dəfə ucuz edir. Belə ki, “Stratobus” hava və Yer hissəsindən ibarətdir. Aparat bir neçə infrastruktura xidmət göstərə bilər.

Bu kosmik aparatların ömrü 5 ildir.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *