Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Bahar Muradova: Hökumətdən gözləntilərinizi sonraya saxlayın

Bahar Muradova: Hökumətdən gözləntilərinizi sonraya saxlayın

Опубликовано : 4-12-2016, 06:49 | Категория: Ölkə / Siyasət / Manşet
(голосов:0)
Bahar Muradova: Hökumətdən gözləntilərinizi sonraya saxlayın

“Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”.

"Politika"-nın məlumatına görə bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O, qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.

Vitse-spiker cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.

“Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: