Kateqoriya: Ölkə, Hadisə, Manşet

Hacı İbrahim şərab içərkən görüntüləndi - Eksklüziv FOTO

Hacı İbrahim şərab içərkən görüntüləndi - Eksklüziv FOTO

“Avesta” konserninin prezidenti, “Xəzər Adaları” meqa projesinin tikintisi həyata keçirən Hacı İbrahim Nehrəmli şərab içərkən kameraların obyektivinə tuş gəlib. AzEuroNews.com-un məlumatına görə, xarici qonaqlarla birgə səhər yeməyində şərab içən Hacı İbrahim Nehrəmlinin bu hərəkəti birmənalı qarşılanmayıb və qonaqlar tərəfindən müzakirəyə səbəb olub.

Hacı İbrahim qonaqlarına bildirib ki, hacı olsa da, uzun illərdir şərab, konyak və pivə kimi spirtli içkilər içir. “Xəzər Adaları” ilə qonaqları tanış edən Hacı İbrahim kompleksin ərazisində tikdiriyi pivə zavodunu da göstərək qonaqlarını özü düzəltdiyi pivənin dadına baxmağa dəvət edib.

Məlumat üçün bildirək ki, “Beynəlxalq Bank”a kredit borcu olduğuna görə, Hacı İbrahim Nehrəmli 15 günə yaxın ”Bandotdel”də saxlanılıb. Bu olaydan sonra Hacı İbrahimin “Xəzər Adaları”a cəlb etdiyi investorlar onunla işbirliyindən imtina ediblər. Bu da öz növbəsində dünyaya səs salan meqa projenin dayanmasına səbəb olub.
Artıq yeni investor axtarışa çıxan Hacı İbrahim belə görünür ki, başladığı meqa projeni bitirməklə bağlı qəti qərar gəlib.







Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *