Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Sələmçi və tütünçü deputat xalqı qıcıqlandırdı, hökuməti ifşa etdi – Rəzalət

Sələmçi və tütünçü deputat xalqı qıcıqlandırdı, hökuməti ifşa etdi – Rəzalət

Опубликовано : 1-12-2016, 09:45 | Категория: Ölkə / Siyasət / Ekonomist / Manşet
(голосов:0)
Sələmçi və tütünçü deputat xalqı qıcıqlandırdı, hökuməti ifşa etdi – Rəzalət



Ölkə bahalaşmanın yaratdığı aqressiyaya bürünüb. Toplum qəzəbli və narazıdır; Əhali sosial şəbəkələrdə, çayxanalarda, işlədiyi kollektivlərdə qaz və işığın qiymətinin artırılmasına etirazını bildirir…

Politika.Az xəbər verir ki, deputatlar isə odun üstünə közlə gedir. Camaatın qəzəbini artıran açıqlamalar verən millət vəkilləri əhalinin hazırkı durumunu nəzərə almır.

Deputatların vəzifəsi xalqın yanında olmaq, hökumətin qüsurlarını dilə gətirməkdir. Amma mandat sahiblərinin əksəriyyəti hökuməti mədh edir, bahalaşmaya haqq qazandırır.

Onlardan biri də deputat Rüfət Quliyevdir. Lənkəranın deputatı deyib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək.

Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək: “Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir:

“Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

R.Quliyev özünü təkzib etməklə məşğuldur. Deputat deyir ki, əhalinin çoxunun “kombi”si yoxdur. Millət vəkili iqtisadi idarəçiliyi ifşa edir. Hökumətin yaratdığı vəziyyət nəticəsində evlərdə “kombi” olmadığını, camaatın donduğunu dilə gətirir.

Politika.Az xəbər verir ki, paralel olaraq, biabırçı şərh verib. Guya bahalaşma büdcəyə xeyir verəcək. Yəni, camaatın cibini soymaqla büdcəni dolduracaqlar.

Hələ azmış kimi, əhalini qənaət etməyə çağırıb. Halbuki, deputatın villasında və kabinetində “kombi” yanır. Camaata isə qənaət edib evlərdə sərin otaqlarda yaşamağa çağırır. Etitaf edir ki, insanların evində “kombi” yoxdur.

Onu da etiraf edir ki, bu artımdır, sadəcə aztəminartlı ailələrə zərbəsi olmayacaq. Yəni iş adamlarına, fermerlərə, təsərrüfatı olanlara dəyəcək. Deputat hökumətin bahalaşmaya getməsini pisləməlidir. Həmçinin, tələb etməlidir ki maaşlar artırılsın, qiymətlər tənzimlənsin. R.Quliyevin isə buna cəsarəti çatmayıb.

Əvəzində bir tərəfdən xalqı qıcıqlandırır, cığal açıqlamalar verir və yaxşı bilir ki qərarlar xalqın əleyhinədir. Özü də bu sözləri elə adam deyir ki, sələmə pul verən deputatdır. Bundan başqa, siqaret bazarında bahalaşma yaradan monopolistdir. Xalqı zəhərləyərək milyonlar qazanan millət vəkilinin bizneslə məşğul olmasına “gözün üstə qaşın var” deyən də yoxdur.

Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir.

Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: