Kateqoriya: Ölkə, Siyasət, Manşet

Jurnalistdən hüquqşunasa ağır ittiham – FOTOLAR

Jurnalistdən hüquqşunasa ağır ittiham – FOTOLAR

Siyasi motivlə “APA Holding”dən işdən çıxarılan və hazırda ailəsi ilə birlikdə Almaniyada mühacirətdə olan tanınmış jurnalist Fərahim İlqaroğlu hüquqşunas Xalid Ağaliyev tərəfindən aldadılıb. Jurnalist bu barədə öz facebook səhifəsində yazıb.
“Siyasi motivlə “APA Holding”dən işdən çıxarılandan sonra mənə ilk hüquqi yardım üçün yazan hüquqşunas Xalid Ağaliyev oldu. Hüquq müstəvisində haqqımı tələb etmək və APA-nı məhkəməyə verməyi düşünürdüm. Xalid mənə kömək edə biləcəyini dedi. Bütün lazımı sənədləri hazırlayıb ona verdim. Məni məhkəmədə təmsil etməsi üçün də etibarnamə verdim.
Bütün bu olanlara kimi Xalid həmişə mənim mesajlarıma və zəngimə cavab verirdi. Bir müddət sonra nə mesajıma cavab verdi, nə də zəngimə. Nədənsə mən vəkilimlə ikinci və ya üçüncü şəxslərin vasitəsi ilə danışırdım. İşdən çıxarılmağımın da üstündən iki ay keçirdi. İşin müddəti isə, bir ay idi. “Rayondayam, həkimdəyəm, maşın sürürəm, dişim ağrayır…” Hər gün mənə N sayda bəhanə....
Nəhayət Xalid yazdı: “Dəftərxana ilə əlaqə saxladım. Hakimin təyin olunmağını gözləyirəm, yəqin bu həftə sonuna o da olacaq”.
Elə həmin gün bizə məlum oldu ki, Xətai rayon məhkəməsinə elə bir iş gəlməyib. Xalidin buna cavabı “Rayon məhkəməsi 1 saylı inzibati-iqtisadi məhkəməyə göndərib” şəkilində oldu. Yarım saat içində dəqiqləşdirdik ki, heç ora da elə bir müraciət daxil olmayıb.
Türklər demiş “Bardağı taşıran son damla” Xalidin mənə “Çaşdım 2-ci inzibati-iqtisadi məhkəməyə gedib” cavabını verməsi idi.
Tez anamla əlaqə saxladım və Xalidlə olan müqavilənin pozulmasını istədim. Xalid yenə 2-3 gün bizi gözlətdi. Sonra anama yığıb demişdi ki, “Banka 30 manat ödəyin, çekini gətirin, yenidən verək”. Halbu ki, mən işin məhkməyə getməsi üçün Xalidə bütün sənəd-subutlarla bərabər məhkəmə rüsumunu da vermişdim.
Sənədlər alındı və etibarnamə ləğv olundu. Məni yandıran isə, Xalidin 2 saylı İnzibati-İqtisadi Məhkəmə adından anam verdiyi saxta qərar idi. Hansı ki, bunu özü hazırlamışdı və guya göstərmək istəyirdi ki, günahı yoxdur, göndərib, məhkəmə də müəyyən səbəblərdən geri qaytarıb. (Verilən saxta sənədə şərhdə baxa bilərsiniz)
Mən həmin sənədi görən kimi bunun saxta olduğunu anladım. Xalidin özünə yazdım amma, cavab gəlmədi. Məhkəmədən gələn cavabı dəqiqləşdirmək üçün 2 Saylı İnzibati-İqtisadi Məhkəməyə yazılı şəkildə müraciət etdik. Bir müdət sonra sorğumuza cavab gəldi: “Xalidin bizə məhkəmə adından verdiyi sənəd saxta idi. Məktubda qeyd olunan işin nömrəsi isə, əlliliyə görə pensiya almaq istəyən bir vətəndaşın işi idi. Hakim Tağıyevin adından çəkilən imza da saxta idi”. (Məktuba şərhdə baxa bilərsiniz)
VƏ Güvəndiyimiz adam Xalid Ağaliyev niyə belə hərəkət etdi? Mən ona neyləmişdim? Bilirsiz Azərbaycanda olsaydım bu hadisə mənə o qədər də təsir etməzdi. Amma, qürbətdə özümə yaxın və güvənilir bildiyim adam (lar) tərəfindən aldadılmaq çox ağırdır. Düşdüyümüz çətin vəziyyətdən istifadə edərək alver etmək isə, ... bilmirəm bunu necə ifadə edim.
Dünənə kimi APA “gəl təhvil-təslimə qol çək” deyirdisə, artıq bu gün “Get ver məhkəməyə” deyir. Bəlkə də Xalid ona verdiyim etibarnamədən istifadə edərək mənim yerimə təhvil-təslimə də qol çəkib ki, Vüsalə Mahirqızı belə rahat danışır... Yaxşı oyun oynadız Xalid Ağaliyev və Vüsalə Mahirqızı... Halaldı sizə! “

Xatıraldaq ki, Fərahim İlqaroğlu “Milli Şura”nın 11 Sentaybr tarixində keçirdiyi mitinqlə bağlı “facebook”da fikirlərini bölüşüb, şəkil paylaşdığına görə, Prezident Administrasiyasından “APA Holdinq”ə gələn tapşırıq əsasında işdən çıxarılıb. Artıq Avropa Jurnalistlər Federasiyası,(EFJ, İFJ), İDEX, ARTİCLE 19, Sərhədiz Reportyorlar Birliyi, Beynəlxalq Mətbuat İnsitutu, (İPİ) Avropa Jurnalistlər Assossasiyası (AEJ), Jurnalistlərin Müdaifə Komitəsi (CPJ) kimi nüfuzlu beynəlxalq təşkilatlar Fərahim İlqaroğlunun siyasi motivlə işdən çıxarılmasına görə birgə bəyanat yayaraq Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid ediblər.

Xalid Ağaliyevin 2 Saylı İnzibati-İqtisadi Məhkəmə adından verdiyi saxta sənəd

Jurnalistdən hüquqşunasa ağır ittiham – FOTOLAR


2 Saylı İnzibati-İqtisadi Məhkəməyə ünvanladığımız sorğunun cavabı

Jurnalistdən hüquqşunasa ağır ittiham – FOTOLAR

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *