Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Şəmsəddin Xanbabayevin başı dərdə [FOTOLAR]

Şəmsəddin Xanbabayevin başı dərdə [FOTOLAR]

Tarix : 28-11-2016, 11:33 | Kateqoriya: Ölkə / Siyasət / Manşet
(голосов:0)
Şəmsəddin Xanbabayevin başı dərdə [FOTOLAR]


Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdən Prezident Administrasiyasına şikayət olunub. AzEuroNews.com-un əldə etdiyi məlumata görə, şikayət xaxtı ilə mərhum prezident Heydər Əliyevin seçki kampaniyasının əsas şüarlarından olan “Heydər-Xalq, Xalq-Heydər” yazılmış lövhənin sökülərək zibilliyə atılmasıdır.
Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının üzvlərinin adından Prezident Administrasiyasına ünvanlanan şikayət məktubunda qeyd olunur ki, icra başçısı özünün də üzvü olduğu Yeni Azərbaycan Partiyasının (YAP) qurucusu, mərhum prezident Heydər Əliyevə hörmətsizlik edir.

““Heydər-Xalq, Xalq-Heydər” şüarı yazılan lövhə onsuz da baxımsız idi. Ətrafında kol-kos bitmişdi, lövhə görünmürdü. Bir müddət əvvəl YAP gəncləri lövhənin ətrafını abadlaşdırmışdı. Lakin sonradan həmin lövhələrin çıxarılaraq zibilliyə atılmasının şahidi olduq. Şəhər bələdiyyəsindən bizə dedilər ki, lövhənin çıxarılaraq zibilliyə atılması göstərişini icra başçısı Ş.Xanbabayev şəxsən özü verib. Təəssüf ki, icra başçısı bu məsələ ilə bağlı bizi qəbul etmək istəmədi” deyə Prezident Administrasiyasına ünvanlanan şikayət məktubunda deyilir.

Xaçmaz YAP-çıları məktublarında ulu öndər Heydər Əliyevə hörmətsizlik edən Şəmsəddin Xanbabayevin işdən çıxarılaraq cəzalandırılmasını tələb edirlər: “Şəmsəddin Xanbabayev işdən çıxarılaraq cəzalandırımaldır. Rayonun girişində ata, itə, paltar tutqacına heykəl qoyan icra başçısı ulu öndərə qarşı bu cür hörmətsizlik edir. Tələb edirik ki, Ş.Xanbabayev işdən çıxarılsın və bu əməlinə görə cəzalansın”.
Mövzu ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, çoxsaylı telefon zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.







Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: