Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Kəmaləddin Heydərovun holdinqində kütləvi ixtisarlar

Kəmaləddin Heydərovun holdinqində kütləvi ixtisarlar

Опубликовано : 21-11-2016, 15:45 | Категория: Ölkə / Ekonomist / Manşet
(голосов:0)
Kəmaləddin Heydərovun holdinqində kütləvi ixtisarlar

Fövqəladə hallar naziri Kəmallədin Heydərova aid olan “Gilan Holding”in əməkdaşları bir neçə aydır ki, maaşlarını ala bilmirlər. Bu barədə saytımıza məlumat verən holdinq əməkdaşlarının sözlərinə görə, iki aya yaxındır ki, holdinqdə ixtisarlar gedir. İşçilərin əmək haqqlarını verə bilməyən holdinq əməkdaşlarını işdən çıxarır.
“Çağırıb işdən çıxarılma ilə bağlı ərizəyə imza atmağımızı tələb edirlər. Guya biz öz istəyimizlə işdən çıxırıq. Sonra da deyirlər ki, 1-2 ay çətinliyimiz var, sonra sizi çağırıb işə yenidən bərpa edəcik. Buna inananlar da səsini çıxarıb etiraz etmir” deyə holdinq əməkdaşları saytımıza bildiriblər.
Rəhbərliyə məktub yazıb şikayət etdiklərini deyən holdinq əməkdaşları onların məktubuna rəsmi heç bir cavabın verilməməsindən narahatdırlar: “İndiki zamanda işsiz qalmaq bizim üçün çox çətindir. Onsuz da aldığımı maaş bir şey deyildi. Bizə dedilər ki, holdinqə daxil olan bütün şirkətlərdə ixtisarlar gedir”.
Mövzu ilə bağlı “Gilan Holdinq” rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, bu heç cürə mümkün olmadı. Onların da mövqeyini öyrənib dərc etməyə hazırıq.
Məlumat üçün qeyd edək ki, fövqəladə hallar naziri Kəmallədin Heydərova məxsus olan “Gilan Holdinq”in saytında yazılanlara görə, holdinq 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.nBaş ofisi Bakıda yerləşən "Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. "Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Gilan Holdinq", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis edib.





Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: