Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Natiq Cəfərli: Gələn il nazir-məmur həbsləri geniş vüsət alacaq

Natiq Cəfərli: Gələn il nazir-məmur həbsləri geniş vüsət alacaq

Опубликовано : 16-11-2016, 09:09 | Категория: Ölkə / Ekonomist / Manşet
(голосов:0)
Natiq Cəfərli: Gələn il nazir-məmur həbsləri geniş vüsət alacaq

"Rusiyada baş verən hadisələr çox maraqlıdır və bir müddət sonra həmişə bizdə təkrarlanır". Bu barədə REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli öz "Facebook" profilində yazıb: "Rusiyada sistemi ayaqda saxlayan iki önəmli amil var:

1) Hakumiyyətin millətçi, hətta şovinist ritorikası, bunun üzərinə qurulmuş "uğur hekayəsi" (Krım nash tipli),
2) Hüquq-muhafizə orqanları, onların yaydığı qorxu atmosferi.


Hüquq-mühafizə orqanları uzun illərdir biznesi, kiçik məmurları soyurdu (Putin onlara, "xvatit koshmarit biznes", təlimatı verməyə məcbur oldu), və bununla da hakimiyyətə loyallığını saxlayırdı. İndi biznesdə də, kiçik məmurlarda da pul bitib, vəziyyət ağırdı. Hüquq-mühafizə orqanlarının loyallığını saxlamaq üçün onlara yeni "yemlər" vermək lazımdır - Qubernatorlar, onların müavinləri, nazir müavinləri və nəhayət, nazirlər. Bu gün Rusiyada baş verən prosesin adı məhz budur - sistemin içindən, sistemi saxlayan gücü yemləmək.

Bizim məmur-nazirləri qorxutmaq istəmirəm, amma gələn il bizdə də güc strukturlarının loyallığını saxlamaq üçün onlara "yağlı yemlər", qurbanlar veriləcək. Yəni, gələn il bizdə də nazir-məmur həbsləri geniş vüsət alacaq. Pul indi ancaq onlarda qalıb, güc strukturlarının isə maaşı azdır, ideoloji bağlılıq yoxdur, deməli onların oyrəşdiyi həyat tərzinin qorunması üçün artıq daha yüksək çinli məmurlar qurban getməlidirlər. Müəllimlər, özünüz düşünün, növbə artıq sizindi.."

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: