Kateqoriya: Ölkə / Hadisə / Manşet

Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Azərbaycanın hərbi qulluqçusu şəhid olub


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikov noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız